skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
“5th National And 3rd Mediterranean Congress For The Surgery Of Obesity And Metabolic Disorders”

“5th National and 3rd Mediterranean Congress for the Surgery of Obesity and Metabolic Disorders”

Əziz izləyicilər Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Ömərov Taryel 12-15 oktyabr 2017 ci il tarixlərində Antaliyada keçirilən “”5th National and 3rd Mediterranean Congress for the Surgery of Obesity and Metabolic Disorders”” kongresində iştirak etmişdir.
Kongresdə açılış sözü deyən dərnək sədri təşkilatçıları salamlayraraq onlara belə bir möhtəşəm tədbirin təşkili üçün təşəkkürünü bildirmiş və TOSS sədri Proff. Mustafa Taşkına Türkiyədə bariatrik cərrahiyə sahəsində apardığı işlərin 30 ili və eyni zamanda isə özünün 66 yaşı tamam olması münasibətilə təbrik edərək Dərnəyin adından Milli orlamentlərimizdən biri olan Professorun şəkli əks olunmuş xalça hədiyyə etmişdir. Bu kongresdə o elmi-prakti proqramda (bilimsel proqram) Respublikamızda aparılan əməliyyatlar və Təkrar mədəkiçiltmə əməliyyatı haqda çıxış etmişdir. Bu tədbirdə artıq Bariatrik cərrahiyyəmiz bir neçə cərrahla yanaşı olaraq dərnəyin endokrinoloqu və pediatrı (uşaq piylənməsi)ilə birlikdə təmsil olunmuşdur.Dərnəyimizn endokrinoloqu və pediatrı da həmçinin poster çıxışları edərək son illərdə görürələn işlər haqda məlumat vermişdilər.
Yanaşı olaraq Dünyanın bir çox dövlətlərindən gəlmiş professor heyəti ilə də öz təcrübələrimiz bölüşmüşdür.Eyni zamanda Beynəlxalq Expert Forumunda Bariatrik-Metabolik Cərrahiyyə Üzrə expert qismində öz fikirlərini bölüşmüş və bu sahə üzrə Beynəlxalq Expert olaraq bundan sonrakı tədbrilərdə Ölkəmizin Baritrik-Metabolik cərrahiyyəsini təmsil edəcəkdir.

Back To Top