skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
Azərbaycan Tibb Üniversitet – Cərrahlar Beynəlxalq Kongres

Azərbaycan Tibb Üniversitet – Cərrahlar Beynəlxalq Kongres

Bu günlərdə Türkiyə Cümhüriyyətinin İstanbul şəhərində Bariatrik vəMetabolik Cərrahi Video platformu kongresi keçirilib.Bu kongresdə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları təmsil ediblər.
Kongresdə Azərbaycan Bariatrik və MetaBOLİK Cərrahlar Dərnəyinin(ABMCA) sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı T.Ü.F.D. Taryel Ömərov, II cərrahi xəstəliklər kafedrasının əməkdaşı, həmçinin ABMCA- nın üzvü Aslan Abdullayev iştirak ediblər.
Konfrasda Türkiyənin və dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər iştirak ediblər.Son illər bariatrik cərrahiyyədə, xususi ilə mədəkiçiltmə əməliyyatları zamanı əldə edilən nailiyyətlər haqqında danışılıb,problemlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. ATU nümayəndə heyətinin üzvləri Azərbaycanda bu sahədə mövcud olan durum, aparılan uğurlu əməliyyat haqqında kongres iştirakçıları məlumat veriblər.
Artıq 4-ildirki, Azərbaycan səhiyyəsində bariatrik cərrahiyyə üzrə ciddi nailiyyətlər əldə olunub.illər öncə bu sahə ilə məşğul olan həkim-cərrahların sayı çox az olsa da, indi durum dəyişib.Artıq Azərbaycanda, o cümlədə ATU klinikalarında bariatrik cərrahiyyə üzrə dünya səviyyəsinə uyğun şəkildə əməliyyatlar icra olunur.

Back To Top