skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı

Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı

Aprelin 7-si Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Bariatrik-Metobolik cərrahiyyə konqresi keçirildi.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək bildirib ki, müasir dövrün mürəkkəb tibbi və sosial problemlərindən biri olan piyənmə və onun daha ağır növü – morbid, yəni xəstəlik səviyyəsinə çatmış piylənmə bir çox müəlliflər tərəfindən 21-ci əsrin “sakit” epidemiyası kimi qiymətləndirilir.

Konfrasdan öncə deyərli həkimlərimizlə müzakirələr aparıldı.

Prorektor bildirib ki, qidanın kaloriliyinin artması, fast-fud mədəniyyətinin yayılması, həyat tərzinin daha az hərəkətli olması insanlar, o cümlədən uşaqlar arasında bədən çəki indeksinin artmasına səbəb olur. Onun sözlərinə görə, diabet, arterial hipertenziya, qaraciyərin yağlanması, hormonal pozulmalar piylənmə ilə bilavasitə əlaqəli vəziyyətlərdir. Son 10-20 il ərzində piylənmənin müalicəsi üsulları arasında cərrahi yanaşma xüsusi yer alıb: “Həm sağlamlıq, həm də gözəllik nöqteyi-nəzərindən effekt verən, insanların həyatını, sözün əsl mənasında dəyişdirən cərrahi bariatrik və metabolik əməliyyatlar artıq Azərbaycanda da uğurla həyata keçirilir. Bu əməliyyatların bir qismi Azərbaycan Tibb Universitetinin klinikasında aparılır. Bu səbəbdən Bariatrik toplantının universitetimizdə təşkil olunması bizim üçün xüsusi əhəmiyyətlidir. Konfransımızda qardaş Türkiyə və dost Yunanıstandan gəlmiş hmkarkarımızı salamlayıram, onlara “xoş gəldiniz” deyirəm. Türkiyə Obezite Cərrahlığı Dərnəyinin sədri professor Murat Taşkına və Heraklion Universitetinin professoru Jon Melissasa bu tədbirə dəstək verdiklərinə görə xüsusi təşəkkür edirəm”.
Prorektor R.Bəylərov həmçinin ATU-nun rektoru, professor Gəray Gəraybəylinin toplantı iştirakçılarına salamını çatdırdı.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev tədbir iştirakçılarını salamlayarar bildirib ki, rəhbərlik etdiyi klinika 4 il bundan qabaq ölkə prezidenti İlham Əliyevin töhvəsi ilə yaradılıb: “Bizdə belə konqreslər mütəmadi olaraq keçirilir. Bu günkü tədbirimiz də çox önəmlidir. Çox maraqlı mühazirələr dinləniləcək”.
Türkiyənin Bariatrik Cərrahiyyə Assosiasiyasının sədri professor Mustafa Taşkın artıq 3-cü dəfədir Azərbaycana səfər etdiyini bildirib: “Bizim bir-birimizdən fərqimiz yoxdu, əkizlər kimiyik. Qarşılıqlı sevgimizi hiss edirik. Bu konfrans çox önəmlidir və özündə bir çox istiqamətləri birləşdirir”.
Milli Məclisin deputatı İlham Məmmədov həm millət vəkili, həm də həkim kimi konqresdə iştirakına görə çox şad olduğunu bildirib: “Azərbaycan səhiyyəsində, elmində bunu bir tövhə olacaq bir konqres kimi qiymətləndirirəm. İndi piylənmə hədsiz yayılıb və bu xəstəliyin yaranma səbəbləri genişdir. Buna ətraf mühitin faktoru da böyük təsir edir. Bu gün belə koqreslərin keçirilməsi, gələcək nəsil üçün çox önəmlidir. Hər birinizə uğurlar diləyirəm”.
Qeyd edək ki, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov da konfransın işini yüksək qiymətləndirərək, iştirakçılara uğurlar dilədi.

Konfrans bitdikdən sonra öz işinə mühazirələrlə davam etdi.

Daha sonra T.Ü.F. Taryel Ömərov qonaqlarına Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasını (ABMCA) əks etdirən simvollu hədiyyələri təqdim etdi.

Bizimlə birlikdə çalışan Modern Hospitalın dəyərli Dietoloqu Nurlan Sadıqova, Endokrinoloqu Gülay Məmmədova və Proktoloq Elvina Səlimovada bizimlə birlikdə idilər. Konfrasda onlarda müzakirələrə qoşuldular.


Daha Sonra Konfras Qala Gecəsiylə davam etdi.

Back To Top