PİYLƏNMƏNİN CƏRRAHİ MÜALİCƏSİ

  • Restriktiv (məhdudlaşdırıcı) üsullar
  • Malobsorbtiv (sorulma pozucu) üsullar
  • Həm restriktiv, həm malobsorbtiv üsullar
  • Doyma mərkəzi üzərində təsiredici üsullar

RESTRİKTİV (MƏHDUDLAŞDIRICI) ÜSULLAR

Restriktiv üsullar içində geniş yayılanı mədə bandıdır. Daha çox mədə qandalı olaraq bilinən mədə bandı mədənin girişini daraldaraq və erkən doyma hissi yaradaraq çəkinin azalmasına səbəb olur. Mədə bandı laporoskopik və ya açıq əməliyyatla tətbiq oluna bilər. Ən idealı laporoskopikyöntəmdir.

Mədə bandı tətbiq olunması haqqında bilinməsi lazım olan bir neçə nüans var: Əməliyyat öncəsi cərrahiyyə əməliyyatı normal getməsi üçün lazım olan bir neçə müayinə vardır. Qan analizləri, endokrinoloji analizləri, psixi müayinə, qidalanma vərdişlərinin təyin edilməsi və ultrasonoqrafiya bunların birincisidir. Əməliyyat vaxtı alınması lazım olan bəzi tədbirlər vardır. Laxtalanmanın qarşısını almaq üçün özəl corablar, ayaqları masaj edən bəzi cihazlar, qandurulducu dərmanlar lazımdır. Texniki olaraq çətin bir üsul olmasına baxmayaraq cərrahın təcrübəsi çox önəmlidir.

Çox fərqli sarğı növləri vardır. İstifadə olunan sarğının keyfiyyəti və yumşaq olub olmadığı sorğulanmalıdır. Mədə bandının tətbiqinin ardından xəstəni uzun bir müddət gözləyib, bandın bəzi aralıqlarla nizamlanması lazımdır. Yuxarıda yazılan səbəblərə görə mədə bandının tətbiqi bir komanda işidir. Mütləq tam təşəkküllü bir xəstəxanada icra olunmalıdır.

Restriktiv bir digər üsul “Sleeve Gastrectomy” (mədənin boruvari kiçildilməsidir) yöntəmidir. Mədə laporoskopik olaraq özəl alətlər ilə kiçildilir.

Mədə bandı tətbiqinə görə daha böyük əməliyyatlardır. Super morbid obez xəstələrdə mədə bandma alternativ bir əməliyyat olaraq istifadə olunur. Nəticələri yaxşı olmaqla bərabər vaxt keçdikcə mədənin qalan həcmi böyüyərək təkrar kökəlmə ehtimalını yaradır.

Son illərdə yayılan mədə balonu tətbiqi mədə həcmini kiçildərək qəbul edilən qida miqdarını azaldır. Mədə balonu tətbiqi uyğunlaşması çox çətin bir üsuldur. İlk günlər və ya həftələr çox vaxt bulantı və qusma ilə keçir. Balona uyğunlaşmadan çıxarılmasım istəyən xəstə sayısı heç də az deyil.

MALOBSORBTİV (SORULMA POZUCU) ÜSULLAR

Bu üsullar günümüzdə artıq istifadə olunmur. Bu cür üsullarda nazik bağırsağın ən üst hissəsi qalın bağırsağa yaxın bir yerə birləşdirilir və qidanın nazik bağırsağa gəlmədən keçişi təmin olunur. Artıq istifadə olunmayan bir üsuldur.

HƏM RESTRİKTİV, HƏM MALOBSORBTİV ÜSULLAR

Bu cür üsullara ən yaxşı misal Gastrik Bypass əməliyyatıdır. Morbid piylənme (köklük) cərrahiyyəsində ən təsirli üsullardan biridir. Ancaq texniki olaraq ağır bir əməliyyat olduğu üçün çox təcrübəli bir komanda lazımdır. Mədə və bağırsaqların axış istiqaməti dəyişdirildiyi üçün geri qayıdışı olmayan bir texnikadır.

DOYMA MƏRKƏZİ ÜZƏRİNDƏ TƏSİREDİCİ ÜSULLAR

Bu cür üsullar gedərək yayılır. Ən çox bilinən və tətbiq olunan yöntəm mədənin fundus (cismi) adı verilən hissəsinə qoyulan, nizamlana bilən protezlərdir. (ENDO-GAST). Bu üsul udularaq mədəyə qoyulan və içinə maye doldurularaq şişirdilən balon üsuluna görə daha az narahatçılıq verir. Mədə balonu qoyulan xəstələrdə ən çox qarşılaşılan problem qusma və ağrıdır. İlk adaptasiya zamanı (2 həftəyə qədər uzanmaqla bərabər 3-5 gün ərzində şikayətlər azalır) görülən bu cür problemlər nizamlana bilən mədə protezində görülmür. Ağırlığı 7 qr. olduğu üçün şikayətə səbəb olmur. Endoskopla taxılır və çıxardılır. Günümüzdə son illərdə demək ki, daimi olaraq istifadə olunmur.