skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
Mədə Kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı

Hal-hazırda aktiv tətbiq etdiyimiz əməliyyatlar:

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı – (Sleeve Gastrektomiya)

Mədə şuntlanması (Bypass)

  1. Roux-EN-Y Gastrik Bypass
  2. Mini Gastrik Bypass

Ən geniş yayılmış əməliyyatdır.Mədənin böyük əyriliyi tərəfindən bir hissənin uzununa çıxarılması nəticəsində mədə daralmış olur.Geriyə qalan mədə həcmi 150-200 ml olur. Çıxarılan mədə (fundus) hissəsindən aclıq hissi hormonunun (Grehelin) ifrazı azalır.

Sleeve Gastrektomiya necə təsir göstərir?

  • Mədənin həcmi azalır.
  • Qəbul edilən qida miqdarl azalır. Mədənin çıxarılan hissəsindən ifraz olunan aclıq hormonu (Ghrelin) bu əməliyyatdan sonra 80-90% nisbətən azalır.
  • Sleeve Gastroektomi ya mədənin boru formasında olması onun tez boşalmasına, daxili təzyiqin artmasına, antrumun gərilməsinə səbəb olur. Bu da aclıq hissinin azalmasını təmin edir.

Mədə şuntlanması (Bypass)

Tətbiq etdiyimiz bypass texnikasi Roux EN-Y Gastrik və mini qastrik Bypass Texnikasıdır. Bu texnikada mədənin ölçüləri kiçildilərək təxminən 30-60 ml-ə gətirilir. Mədənin geri qalanı passiv olaraq kənarda qalır. Nazik bağırsaq Treys bağından 40-50sm distalda kəsilərək mədə rezervuarına 1 sm-lik anastamozla tikilir. Nazik bağırsağın proksimal hissəsi xəstədə piylənmə dərəcəsinə görə 75-150 sm distal hissəyə anastamoz edilir.Mini qastrik Bypass texnikasında isə mədə güdülü kiçik əyrilik boyunca 1 sm-lik boru şəklində saxlanaraq 60-80 mm-lik rezervuar formalaşdırılır və Treys bağından distala (xəstədə piylənmə dərəcəsinə görə 75-150 sm) tək anastamozla birləşdirilir.

Mədə kiçiltmə əməliyyatının qiyməti nə qədərdir və ağrılıdırmı?

Burada bir neçə əməliyyat növündən söhbət gedir, yəni pasinetin olduğu sağlamlıq vəziyyətinə və hansı əməliyyatın onun üçün daha effektiv olduğuna baxaraq seçilir bu prosedura. Seçilən əməliyyatın növündən əməliyyat zamanı istifadə olunacaq sərfiyyat materialları dediyimiz stepler və kartusların marka, həmiçinin sayından asılı olaraq dəyişə bilir. Əməliyyat Laparoskopik yolla aparıldığından dolayı standart əməliyyatlarda olan qədər orta dərəcəli ağrılarınız ola bilir, amma bu məsələ bəzən orqanik yox, funksional xarakter daşıyaraq pasiyentin olduğu psixoemosional durumdan daha çox asılı ola bilir.

Bariatrik əməliyyatlarımız haqqında buradan daha ətraflı tanış olun.

Back To Top