skip to Main Content
Mədəkiçiltmə (Sleeve Qastrectomy) əməliyyatından Sonra Fast Food, şokalad Və şirin Suların Qəbulu.

Mədəkiçiltmə (Sleeve qastrectomy) əməliyyatından sonra fast food, şokalad və şirin suların qəbulu.

Post Series: Mədə kiçiltmə əməliyyatı

Mədəkiçiltmə (Sleeve qastrectomy) əməliyyatında əsas hədəf yediklərinizə nəzarət etmək üçün mədə həcminizin azaldılmasıdır. Mədənin kiçilməsi sizin yemək hissələrinizin xeyli azalmasına imkan verir. Bir çox insanlar əməliyyatdan əvvəl bir boşqab yemək yeyirdisə, əməliyyatdan sonra 4-5 qaşıq ilə doyur.
Mədəkiçiltmə (Sleeve qastrectomy) əməliyyatında müalicə yalnız mədənin həcmini azaltmaqla deyil, hormonal olaraq da doyma hissi yaradılır. Mədənin fundal hissəsində Ghrelin hormonu ifraz olunur,bu da insanda pataloji aclıq hissi yaradır.Mədə nə qədər böyükdürsə, yəni fundal hissə nə qədər genişdirsə bir o qədər çox Ghrelin hormonu ifraz olunur. Nəticədə xəstədə doyma hissi azalır. Aclıq hormonların idarə edildiyi nahiyyə əməliyyat zamanı çıxarılır və daha uzun müddətli toxluq hissi ilə təmin edilir. Bu səbəbdən əməliyyatdan sonra çox az qida ilə doyma hissi yaranır. Bu qidalarda yarımfabrikantlar əvəzinə zülal, vitamin tərkibli olmalıdır.
Bildiyimiz kimi fast food qidalar (şokalad və ya sintetik qidalar və yarımfabikantlar) kalori dəyəri yüksək olan qidalardır.
Kalori dəyəri yüksək olan qidalar qəbul olunduğu zaman kalori partlaması yaşanır. Əməliyyatdan sonra onsuzda çox az qida qəbulu ilə doyan xəstələr şokalad və ya sintetik qidalar və yarımfabikantlar kimi kalori dəyəri yüksək olan qida qəbulu zamanı tez doyur. Bu zaman xəstə orqanizmə lazım olan protein, vitaminlərlə zəngin olan qidaları qəbul edə bilmir. Buda xəstələrdə həddən artıq çəki itkisinə ,kaxeksiyaya və orqanizmin tükənməsinə gətirib çıxarır. Yəni xəstə fast food qidalarla kalorini alır və lazımlı qidaları qəbul etmir.Nəticədə əzələ kütləsi itirilir.Bunun baş verməməsi üçün xəstələr qırmızı ət,zülal tərkibli qidalar,meyvələr,tərəvəzlər qəbul etməlidir.
Əməliyyatdan sonra ən azı 1-2 ay müddətində sintetik qidaların qəbulu qadağandır!
Meyvə şirələrindən də ancaq təbii meyvə şirələri qəbul olunmalıdır!

Back To Top
Close search
Search