skip to Main Content
Mini Gastrik Bypass əməliyyatı

Mini Gastrik Bypass əməliyyatı

Piylənmə zamanı cərrahi üsullardan ən çox üstünlük veriləni Mini Gastrik Bypass əməliyyatı olaraq bilinən üsuldur. Tətbiq sahəsində, ən sadə və qısa olan, xəstənin çox qısa bir müddətdə xəstəxanadan çıxışına imkan təmin edən bu əməliyyat növü bu dan əlavə bənzərləri arasında ən ekonomik olanıdır.
Əməliyyatın müvəffəqiyyətli bir şəkildə reallaşmasından sonra, xəstə nizamlı və kafi miqdarda kilo itkisinə müvəffəq olur. Bundan əlavə həddindən artıq kilo almanın yaratdığı xəstəliklər olan şəkər xəstəliyi (tip 2 diabet), yüksək xolesterol və təzyiq kimi xəstəliklər üçün də tətbiq olunan bir müalicə üsuludur.
Mini Gastrik Bypass əməliyyatının məqsədi mədə həcmini kiçiltmək və bağırsaq yolu ilə qida sorulmasını bir miqdar azaltmaqdır. Beləcə xəstənin kilo itkisi yaşaması təmin edilir.
Gastrik Bypass əməliyyatında geridə kor qalan mədənin tək boşaltmaq kanalı hələ də pilor əzələsi içindəndir, ancaq vagotomi səbəbiylə pilor əzələnin funksiyaları pozulmuş olur.
Mini Gastrik Bypass əməliyyatları hansı riskləri daşıyır?
-Həddindən artıq ya da qeyri-kafi kilo itkisi.
-İncə bağırsaqda edilən tənzimləmə səbəbiylə, bəzi xəstələrdə ortaya çıxan ishal problemi
-Sümük əriməsi problemi
-Qarında meydana gələn yapışmalar nəticəsində yaranan bağırsaq tıxanması
-Qusma və ürək bulanma.
-Sorulmanın azaldılmasına bağlı olaraq ortaya çıxa biləcək mineral və vitamin əksikliyi.
-Yaralar ya da apse infeksiyaları
-Öd kisəsi içərisində və ya öd yolunda daşın meydana gəlməsi
-Edilən anastomozun kafi keyfiyyətdə olmamasına bağlı olaraq darlıq ortaya çıxması.

Back To Top
Close search
Axtar