skip to Main Content
Piylənmə Cərrahiyyəsi Sonrası Arıqlamaq Və Bunun Uzun Müddət Getməsi.

Piylənmə cərrahiyyəsi sonrası arıqlamaq və bunun uzun müddət getməsi.

Post Series: Mədə kiçiltmə əməliyyatı

Piylənmə cərrahiyyəsi sonrası ilk 1-1.5 il kilo itkisi qaçınılmaz olur. Xəstənin qidalanmasına və məşq vəziyyətinə görə 20 – 100 kilo arasında “MÜTLƏQ” arıqlayacağı “BALAYI” dövrüdür.
Bütün piylənmə əməliyyatlarından 1 – 1.5 il sonra kilo itkisi dayanacaqdır.
Əməliyyat sonrasında 2 il müddətində hələ də kilo itkisinin davam etməsi, qidalanma nizamı və idmanın şüurlu kombinasiyası ilə hədəflənən kiloya çatmaq üçün təmin edilə bilər.
Çəki itkisinin dayanması “bal ayı” dövrünün də bitdiyinə işarə edir! Bundan sonra əsas məqsəd artıq geri kilo alınmamasını bacarmaqdır. İlk 1.5 il içində doğru qidalanma vərdişini, təkrarlanan məşq etməyi mənimsəyən xəstələrdə geri kilo alma ehtimalı son dərəcə aşağıdır.
Morbid piylənmə müalicəsində işin əməliyyat olmaqla yalnız başladığı, bundan sonra uzun dövr müvəffəqiyyət üçün həm xəstələrə və həm də əlaqədar mərkəzə ciddi məsuliyyətlər düşür.
Bu dövrdə ən əhəmiyyətli vəzifə başda xəstələrə və bizim tərəfimizdən də dietoloqlar və psixoloji dəstək qrupumuza düşür.
Bu müddətdə köhnə səhv qidalanma vərdişlərini başa düşüb,onların düzəltmək(məsələn spirti buraxma və ya azaldılması, hisslərlə yemək problemini həll etmək), məşq proqramlarına əməl edən və ən əhəmiyyətlisi bu dəyişiklikləri daxildən qəbul edən xəstələrdə uzun dövrdə müvəffəqiyyət mütləqdir!

Back To Top
Close search
Search