skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
Piylənmə əməliyyatından Sonra Qidalanma: 2-ci Hissə

Piylənmə əməliyyatından sonra qidalanma: 2-ci hissə

Post Series: Mədə kiçiltmə əməliyyatı

Piylənmə əməliyyatından sonra qidalanma vərdişləriniz yenidən qurulmalıdır. Əməliyyatdan dərhal sonra dəqiq bir pəhrizə başlamalı, müxtəlif mərhələlərdən keçməlisiniz və nəhayət sağlam qidalanmaya başlanmalısınız.
Əməliyyat artıq iştahı azaltdığı və yeməyi məhdudlaşdırdığı üçün bu mərhələdə nə qədər yediyinizə deyil nə yediyinizə diqqət edirik. Bu proses ağırlaşma riskini minimuma endirmək və bərpanı maksimuma qaldırmaq baxımından da vacibdir. Normal qidalanmaya postoperativ keçid 5 mərhələdə baş verir.
Birinci mərhələ (1 – 2 gün) dəqiq bir pəhrizdir. Əməliyyatdan sonra ilk gündə kiçik, az-az su içməyə başlanılır. İkinci gündə, hər saatda bir çay stəkanı kimi içməli su tövsiyə edilir. Bunu tənzimləmək üçün kiçik stəkanlar istifadə olunur. Məqsəd 2-ci gündən başlayaraq günlük vacib olan 1,5 litr su qəbul etməkdir. Bu bədənin məcburi tələbidir. Xüsusilə ilk ay ərzində xəstələrimizə yanlarında yarım litr su şüşəsi ilə gəzmək təklif edirik. Onların hər gün ən azı 3 dənəsini qurtarmalarını istəyirik. Yetərincə maye qəbul olunmaması halsızlıqdan böyrək çatışmazlığına qədər inkişaf etmiş problemlərə yol aça bilər.
İkinci mərhələ (3-14-cü gün) əməliyyatdan sonra üçüncü gündən başlayır. Su eyni şəkildə davam etdirilməlidir. Bundan əlavə, şəkərsiz və dənəsiz kompot, tərəvəzlə hazırlanmış ət və ya toyuq bulyonu başlanır. Qəbul edilmə sürəti yarım saatda bir çay stəkanının yarısı olmalıdır. Bu qidalanma tərzi ikinci həftəyə qədər saxlanılır. İkinci həftə əvvəlkilərə əlavə olaraq yağsız və laktozsuz südlə sulandırılmış yağsız ayranda dietaya əlavə edilir. Arıqlama başlayanda gündəlik protein qəbulunun dəstəklənməsi vacibdir. Bunun üçün içdiyiniz mayeyə qarışdırılıb içməyiniz üçün sizə protein tozları təyin olunacaqdır.
Üçüncü mərhələdə (15-30-cu gün), pureed diet adlanan yumşaq pəhrizə 3-cü həftədən başlayırıq. Omelet,süzmə pendir, yağsız qatıq, tərəvəz püresi kimi yumşaq pureli qidalara keçilir. Tərəvəz supları, tarhana supu, az şəkərli pudinglər uyğundur.
Çiy tərəvəzləri istifadə etməyin. Balqabaq, təzə lobya, yerkökü kimi köp verməyən bişmiş tərəvəzləri seçin. Bu dövrdə ədviyyatlardan çəkinin. Püreləri yemək üçün kiçik bir qaşıq istifadə edin. Birincisi, qida çox yumşaq bir konsetrasiyası olan qidaları qəbul edin, zamanla daha qatı qidalara keçin. Ümumiyyətlə, əməliyyatdan iki həftə keçdikdən sonra qidalanma asanlaşmağa başlayacaq. Bu mərhələlərin keçmə müddəti xəstəyə xüsusi dəyişikliklər göstərə bilər. Vacib olan bu dəyişikliyin heç tələsmədən, xəstənin uyğunlaşmasına görə aparılmasıdır.
Dördüncü mərhələ (30 gündən sonra); Bu, ilk ayın sonunda dənəli yumşaq qidalara keçid mərhələsidir.Üçüncü mərhələyə əlavə olaraq toyuq, balıq, hinduşka, köftə, tərəvəz və meyvələr siyahıya daxil edilir.
Lifli sırt ətlər, toyuq dərisi, çeynənməsi çətin tərəvəzlərdən çəkinin.
İlk ayın sonunda gündə üç əsas yemək proqramına keçilir. Gündə 60 q protein alınmalıdır. Əsas yeməklərdə proteinlə zəngin qida maddələrinə, lakin ara yeməklərdə proteinli içkilərə üstünlük verin.Ağzınıza hər dəfə kiçik loxma alın və uzun müddət (10-15 dəfə) tərəddüd etmədən çeynəyin.
Beşinci mərhələ mütəmadi pəhriz mərhələsidir, bu da tədricən həyat tərzinizə çevrilməlidir. Qadın gündə 80-85 qram protein və kişilərə gündə 90-100 qram protein lazımdır. Bu mərhələdə qida qrupları genişləndirilə bilər. İndi çiy tərəvəz və quru paxlalıları istehlak edə bilərsiniz. Qarğıdalı və bənzər qidalar qidalar daha sonrakı dövrlərdə istehlak edilə bilər.
Qatı və maye ayırmalarına diqqət edin. Bərk və maye qidalar arasında ən azı 30 dəqiqə fasilə olmalıdır.

Back To Top