skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az

Müasir dövrdə bütün dünyada ən çox tətbiq edilən köklüyü ortadan qaldıran əməliyyat olub təxminən 1.5 saat davam edən əməliyyatdır.

Bu metodla mədənin 80 %-lik hissəsi “stepler” adlanan xüsusi alət-lə kəsilərək çıxarılır və mədə demək olar ki, “banan” şəklində nazik və uzun bir boruya çevrilir. Bunun sayəsində mədənin həcmi çox kiçilir və kiçik loxmalar yeyiləndə belə mədənin divarı dərhal dartılır və doyma hissi yaranır.

Digər tərəfdən mədə dibi olaraq bilinən fundus da çıxarıldığı üçün normal halda fundusdan sekret (vəzi hüceyrələrinin hazırladığı şirə) buraxaraq iştaha hissini gücləndirən ghrelin hormonunun qandakı səviyyəsi də aşağı düşdüyü üçün tez doyma hissi meydana çıxır. Bu təsirin sayəsində xəstələrimiz “çox istəyərək, amma yeyə bilməyərək” deyil, çox xoşbəxt və iradələrindən asılı olmadan asanlıqla çəki itirirlər.

Bu əməliyyat çeki azaldıcı təsiriylə yanaşı II tip şəkər xəstəliyini də birbaşa müalicə edir. Bu təsir çəki azaldıqdan sonra deyil, bəzi hormonal mexanizmlər sayəsində əməliyyatdan dərhal sonra müşahidə edilir.

Mədəyə boruvari rezeksiyası əməliyyatının özünəməxsus mühüm üstünlüyü ondadır ki, illərlə yenidən çəkisi artan xəstələrdə asanlıqla digər əməliyyatlara çevrilə bilir.

Bu əməliyyatdan 5 il sonra xəstələr artıq çəkilərinin 50-70 %-dən xilas olurlar.

Sleeve Gastrectomy əməliyyatının piylənmə üzərində (artıq çəki) iki cür təsiri vardır:

  1. Məhdudlaşdırıcı (vestriktiv) təsir: Mədənin həcmi kiçildildiyi üçün daha tez doyulur.
  2. Hormonal təsir: İştah hormonlarının böyük bir qismi mədədə əmələ gəldiyi üçün iştahda azalma və yemək aralarında aclıq hissində geriləmə olur.
sleeve-gastrectomy
Back To Top