skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az

Gastrik Bypass əməliyyatının 2 növü mövcuddur:

  1. ROUX-EN-Y Gastrik Bypass.
  2. Mini Gastrik Bypass (Single anastamoz Gastrik Bypass).

Gastrik Bypass əməliyyatı dünyada ən çox tətbiq olunan əməliyyat növüdür. Bu əməliyyat növündə tətbiq olunan texnika əslində təxminən 100 ildir istifadə olunan mədə cərrahiyyəsinin piylənməyə uyğunlaşdırılmış şəklidir.

ROUX-EN-Y Gastrik Bypass Texnikası

Bu texnikada mədənin ölçüləri kiçildilərek təxminən 30-50 milli litrəyə gətirilir. Bu kiçik bir çay stəkanından daha kiçik həcmdir. Buna görə əmə-liyyatın məhdudlaşdırım xüsusiyyəti ortaya çıxır. Mədənin geri qalanı pas¬siv olaraq kənarda qalır. Yəni ilkin olaraq mədə bypasslanmış olur. Ardından nazik bağırsaqlarla mədə arasında yeni bir yol düzəldilir. Öd və medəaltı vəzin şirələri daha irəliyə daşmır və qidaların həzminin pozul¬masına şərait yaradılır. Bu yeni yolların adma anastamoz deyilir və bu nöqtələrdən qaçacaqlar olur. Bizim əməliyyat vaxtı tətbiq etdiyimiz endos- kopik hava testi zamanı bu qaçaqların olub olmadığını həmin an təyin edə bilirik.

Əməliyyatlarımızda indiyə kimi qaçaqlar ortaya çıxmamışdır. Bu cərrahi texnikada təxminən 3 % qaçaq (sızıntı) əmələ gələ bilər. Belə halda ümu-miyyətlə xəstəyə yemək verilmir və gözlənilir. Nadirən təkrar laporos- kopiya etməyə ehtiyac yaranır.

Əməliyyat sonrasında hansı qidalanma pozğunluqları ortaya
çıxa bilər?

Gastrik Bypass üsulu ilə artıq kiloların 70-80% verilə bilər. Belə bir misal verək: İdeal çəkisi 70 kq olmalı olan bir xəstə 170 kilodursa, artıq kilo=100 kq, Bypass ilə 70-80 kq verə bilər. Son çəkisi 90-100 kq ola bilər. Bundan daha çox kilo verə bilən xəstə sayı çoxdur. Daha çox kilo verə bilən xəstələr həyat tərzini dəyişdirmiş xəstələrdir. Kilo itirilməsi ümumiyyətlə 1 il içində baş verir.

Bypass cərrahiyyəsində mədəninböyük bir qismi və bağırsaqların 2 metrə yaxın bir qismi passiv qalır. Bypassm məqsədi qidaların sorulmasma mane yaratmaqdır. Bunun nəticəsində bədənə lazım olan bəzi maddələrin sorulması pozula bilir. Xüsusən təsirlənən maddələr arasında B12 vitamini dəmir, kalsiumdur. Vitamin B12-nin mənimsənilməsi üçün mədədən ifraz olunan KASL faktorunun (qastromukoproteinler) xüsusi rolu var. Əməliyyatdan sonra bu vitaminlər hər ay inyeksiya yolu ile bərpa edilməlidir. İtirilən vitaminlər üçün hər gün vitamin dəstəyi verilməlidir. Bu əskikliklər davamlı tətbiq olunan xəstələrdə problem yaratmamaqda və çox yaxşı folerasiya edilməkdədir. Bariatrik diyetoloq təqibində olmayan xəstələrdə protein çatışmamazlığı əmələ gələ bilir. Xəstələrin pəhrizləri, xüsusən də erkən zaman qidalanmaları çox ciddi təqib olunmalıdır. Bu əməliyyat piylənmə nəticəsində yaranan II tip şəkərli diabetin müalicəsində xüsusi önəm daşıyır.

Bypass Qarantiyalıdır? Cərrahiyyə əməliyyatı sonrası təkrar kökəlmək olurmu? Əgər olursa həlli yolları necədir?

Heç bir piylənmə cərrahi yöntəmlerinin 100 % uğurlu olmasından söhbət gedə bilməz.Texniki olaraq buraxılan bir sıra səhvlər nəticəsində az kilo verilə bilər və heç verilməyə bilər. Saxlanılan mədənin çox böyük olması, mədə bağırsaq keçişinin çox geniş olması, bypasslanan bağırsağın qısa saxlanması az kilo verilməsinə səbəb ola bilər. Az kilo verməyin və ya təkrar kilo almağın əsas səbəbi xəstənin uyğun olmamasıdır. Verilən qida-lanma proqramlarına riayət olunmaması, çox kalorili qidalanma və hərə-kətsiz həyat tərzi kimi səbəblərdən xəstələr təkrar kilo ala bilərlər. Bypass cərrahiyyəsi ən radikal cərrahiyyələrdən birisi olduğu üçün edilə biləcək başqa bir şey qalmadığı düşünülür. Yeni inkişaf edən texniki yollarla mədə təkrar kiçildilir, bağırsaq keçidi daraldıla bilinir. Cərrahi olaraq da, oluna biləcək yollar vardır.

Gastric-Bypass-Vsf
Back To Top