skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
Sleeve Qastroektomiya əməliyyatından Sonra Qidalanma. 

Sleeve qastroektomiya əməliyyatından sonra qidalanma. 

Post Series: Piylənmə

Mədə kiçiltmə əməliyyatından sonra xüsusilə yemə vərdişləri və məşq kimi müxtəlif həyat tərzi dəyişikliklərinin edilməsi zəruridir.
Əməliyyatdan sonra qəti olaraq əməl etməniz lazım olan ana qayda; qatı ilə maye qidaları eyni anda qəbul etməyin!.
Yeməklərinizdən 30 dk əvvəl və 45- 60 dk sonrasına qədər maye qəbul etməyin!
İlk 10 gün ərzində gündəlik 1,5 lt suyu bitirməlisiniz.
UZAQ DURUN
-Yağ nisbəti yüksək qidalar.
-Rəfinə şəkər ====> Stevia (təbii dadlandırıcı) istifadə
-qazlı içkilər
-spirt
-Uşaq bisküviti daxil bütün büsküviti və keks növləri
-Dondurma və şirniyyatlar.
ÇÖRƏK, kraker növləri
Konsentrəplmuş ,işlənmiş meyvə suları (alma şirəsi daxil)
Əməliyyatdan dərhal sonra
Mədə kiçiltmə əməliyyatından sonra ən az bir həftə müddətlə BERRAK MAYE diyeti təklif edilir.
-Su, çay, bitki çayları (XÜSUSİLƏ ADAÇAYI) istehlak edilə bilər.
-Hoşaf ,Jele (bir gündə maximum 3 Türk qəhvəsi FİNCANI)
-Qaynadılmış et suyu-toyuq suyu (bir payda Maximum 150 ml)
Qaynadılmış tərəvəzlərin suyu (bir payda Maximum 150 ml) istehlak edə bilərsiniz.
Əməliyyatdan sonra 7-10 günlər
Qatı qida almayım. Qatı qidalar əməliyyat sonrası stapler xəttinin açılmasına və dəliyin yaranmasına səbəb ola bilərlər.
Maye qidalar, aşağı kalorili və az yağlı şorbalar, jelelər, zülallı içkiləri alına bilər. Alınan maye qidaların aşağı kalorili və yağsız olmasına diqqət edilməlidir.
Əməliyyatdan sonra 11-15. Günləri arasında qidalanma.
Mərhələ-mərhələ püre qidalara və qatı nahar paylara başlaya sonrasında ədəvalı şorbalara keçə bilərsiniz.
Bu dövrdən başlayaraq həyatınız boyunca uymanız lazım olan ana qayda yeməklərdən 30 dəqiqə əvvəl maye qida və su alışını kəsib yeməklərdən 45-60 dəqiqə sonrasına qədər yemək yanında ya da arasında maye almamaqdır.
Bu müddətdə maye alışı çox kiçik olan mədə həcminizin çox daha tez dolmasına və ehtiyacınız olan zülal və vitaminlərin əksik qəbuluna səbəb olur. Qatı və maye bir yerdə qəbul olunarsa mədə çox tez dolacağından qusma hissi ya da mədə də ağrı meydana gələ bilər. Uzun vədədə isə mədənizin genişlənməsinə səbəb ola bilər

Back To Top