skip to Main Content

Mail adresinizi qeyd etdiyiniz təqdirdə, sualınızın cavablandırıldığı zaman bildiriş alacaqsınız.
  • Ramzes M. 16 Dekabr 2016
    Mədə kiçiltmə əməliyyatından 3-4 ay sonra saçlar anormal cox tökülür ( proses belə sürətlə getsə, 1-2 aya tam saçsız qalmaq ehtimalı var ) . Bunun əməliyyatla əlaqəsi ola bilərmi ? Məsələni araşdırmaq üçün bariatrik cərraha və ya trixoloqa müraciət etmək lazımdır və ilkin olaraq hansı diaqmostik analizlər verilməlidir ?

    Əməliyyatdan sonrakı dövrdə saçların tökülməsi ilk 3-6 ay ərzində müşahidə olunur.Əgər ilk 3-6 ay ərzində pasient normal kontrol olunarsa,heç bir problemin olacağı gözlənilmir və tüklər bir müddət sonra bərba olunacaq.
  • Ramzes M. 16 Dekabr 2016
    Bariatrik əməliyyatdan sonra orqanizmə daxil olan qida məhsullarının miqdarı bir neçə dəfə azalır. Buna uyğun olaraq, orqanizmin normal fəaliyyəti üçün tələb olunan vitamin, mikroelementlərin və s. də bir neçə dəfə azalır. Orqanizmə çatışmayan bu ” bioloji materiallar ” haradan alınır ? Heç bir əlavə tibbi “tədbirlər ” görülməzsə, orqanizm tədrici məhvə doğru getməzmi ?

    Bariatrik əməliyyata bir neçə məqam var: 1.Əgər, əməliyyat xəstənin BKİ(bədən kütlə indeksi)-35dən çox olduğu halda və əlavə olaraq yanaşı gedən piylənmə nəticəsində yaranmış bir neçə patologıyanın varlığı olarsa aparılmalıdır. 2.Pasientin BKİ və piylənmə dərəcəsinin ağırlığından asılı olaraq əməliyyat seçilməlidir.Nəzərə alsaqki, günümüzdə piylənməylə mübarizə bir neçə növ cərrahi əməliyyat gündəmdədir və burada əməliyyatın seçimi yuxarıda deyilən punklar əsasında seçilir.Bu halda əməliyyat düzgün seçilibse, yaxın fəsadların olma ehtimalı yoxdur. 3.Əməliyyatın sonrakı dövrdə tədbiq olunan əməliyyatın növündən asılı olaraq Bariatrik cərrahiyyənin briqadası tərəfindən normal izlənirsə yaxın 3-6 aylarında diqqətli kontrol olunarsa burada artıq uzaq fəsadların korreksıyası həyata keçirilir.
  • Yusif Arabov 14 Dekabr 2016
    salam,zehmet olmasa emeliyyatin qiymeti barede melumat vererdiz

    Salam. Əməliyyatın qiyməti əməliyyat zamanı istifadə olunacaq sərf materialları dediyimiz stepler va kartuşların sayından və markasından asılı olaraq dəyişə bilir.Buna görədə biz qiymət haqqında sadəcə pasienti gördüyümüzdə qərar verə bilirik.
  • Ad qeyd olunmayıb 14 Dekabr 2016
    mede kiciltme emeliyyatinin qiymeti ne qederdir?

    Salam. Emeliyyatın qiyməti əməliyyat zamanı istifadə olunacaq sərf materialları dediyimiz stepler va kartuşların sayından və markasından asılı olaraq dəyişə bilir.Buna görədə biz qiymət haqqında sadəcə pasienti gördüyümüzdə qərar verə bilirik.
  • Ismet 14 Dekabr 2016
    Salam.Mede kiciltme emeliyyatinin qiymeti ne qederdir?

    Salam. Emeliyyatın qiyməti əməliyyat zamanı istifadə olunacaq sərf materialları dediyimiz stepler va kartuşların sayından və markasından asılı olaraq dəyişə bilir.Buna görədə biz qiymət haqqında sadəcə pasienti gördüyümüzdə qərar verə bilirik.
Back To Top
Close search
Axtar