skip to Main Content
(055) 790 01 09 info@bariatriya.az
Uşaqlarda Piylənmə

Uşaqlarda piylənmə

Post Series: Piylənmə

Bilirisiniz mi, məktəbəqədərki dövrdə artıq çəkisi olan uşaqların 50%-i yaşa dolduqda da artıq çəkidən əziyyət çəkir.

Yetkin yaş dövründə artıq çəkisi olan insanların bu təhlükədə olma şansı isə 89 % təşkil edir. Uşaqlarda piylənmə ilk başdan təyin edilməlidir.

Nə zamana təhlükə elan etməli?
Uşaqlarda piylənmə – anormal yüksək miqdarda bədən piyinin yığılması ilə müşahidə olunan xroniki xəstəlikdir. Pediatrlar uşaqlarda artıq kütlənin hesablanmasını uşağın bədən çəkisi və boyundan çıxış edərək faiz cədvəli ilə hesablayırlar. Valideynlərin isə pediatriyada qəbul olunan göstəricilərə uyğun istiqamətlənməsi gərəklidir. Beləliklə, yeni doğulmuş körpənin çəkisi 6 aya qədər 2 dəfə, 1 yaşa qədər 3 dəfə artır. Yəni 10-15 kq olur. Normalda uşaq 5 yaşadək ildə 2 kq, sonradan isə ildə 3 kq, həddi buluğa çatmış dövrdə isə 5-8 kq artmalıdır. Təbii ki, hər bir uşağın inkişaf xüsusiyyətlərinin fərqli olmasına görə, tam olaraq bu standartlara uyğun olmaya bilər, belə ki, uşağın il ərzində 2 kq əvəzinə 4 kq artması piylənmə anlamına gətirmir. Lakin tibb işçiləri valideynlər uşaqlarda gözlə görünə biləcək artıq çəkini müşahidə etdikdə təhlükə siqnalını çalmalarını məsləhət görürülər.Belə ki, uşaqlarda müşahidə olunan artıq çəki çox hallarda piylənmə ilə nəticələnir.

Uşaqlarda piylənmə təhlükəsinin arta biləcəyi 3 həssas dövr:
– erkən dövr – 3 yaşa qədər
– gecikmiş məktəbəqədərki dövr – 5-7 yaş
– həddi buluq dövrü – 12-14 və16-17 yaş

Təhlükə qrupu:
Piylənmə üzrə təhlükə qrupuna artıq çəkiyə meyilliliyi olan uşaqlar aid edilir. Daha dəqiq desək isə valideyn və ya yaxın qohumlarında piylənmə, şəkərli diabet və ya endokrin sistemin xəstəlikləri müşahidə olunan uşaqlardır. Həmçinin, qalxanvarı vəz xəstəlikləri və digər endokrin xəstəlikləri olan, süni qidalanmaya tez keçirilən, vaxtından qabaq doğulan və ya az çəki ilə doğulan uşaqlarda artıq çəki probleminə xüsusi diqqət tələb olunur.

Piylənməyə gətirən səbəblər:
Orqanizmin aldığı kalori sərf etdiyi kaloridən çox olduqda artıq piyin yığılması baş verir. Sağlam uşaqlar adətən aktiv həyat tərzi sürərərk, ağırlıq və ya lənglikdən əziyyət çəkmirlər. Bundan belə nəticəyə gəlmək olar ki, uşağın piylənməsində valideynlərin rolu çox böyükdür. Bundan əlavə uşaqlraın normadan çox yedizdirilməsi, un məmulatları, yağlı yemək, xüsusən isə fastfud və şirik qazlı içkilərdə qoyulmayan qadağalar çox kəskin nəticələr səbə ola bilir. Maraqlısı budur ki,genetik meyillilik və endokrin xəstəliklər daha az hallarda piylənməyə səbə olur.

Piylənmə haqqında əsas yazımız üçün buraya daxil olun.

Back To Top