skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Leptin hormonu

Leptin Hormonu

Leptin hormonu bizə “Mən doydum” dedizdirən hormondur. Leptin hormonu böyük ölçüdə bədəndə olan yağ hüceyrələrimiz tərəfindən,az miqdarda mədə və ürək kimi orqanlardan sintez olunur. Bu hormon beynin hipotalamus bölgəsində təsirlidir və bədənimizdəki yağ ehtiyatları haqqında beynimizə məlumat verir. Aclıq yoxdursa və bədəndə kifayət qədər yağ varsa, leptinin təsirindən beynimiz iştahı azaldır və bədən yağlarını qoruyur. Bədəndə yağ ehtiyatlarında azalma varsa, qanda leptinin miqdarı azalır və beynimiz bunu iştahın artması kimi qəbul edir. Bədən yağ kütləsində dəyişikliklər səbəbiylə leptin uzun müddətli çəki nəzarətində təsirli olur.

Bundan əlavə mədədə sintez olunan az miqdarda leptin hormonu istehlak edilən yemək miqdarı və toxluq hisslərinə təsirli olduğu təsbit edilmişdir. Yeməkdən sonra pankreatik insulin sərbəst buraxılır və qanda insulinin miqdarı artır.Qanda artan insulin mədədə leptinin sintezinə təsir edir.Bu, leptinin qısa müddətli yemək qəbul etmə, yəni gündəlik qidalanmamızdakı rolunu göstərir.

Bu hormon yağ hüceyrələrinin müayinəsi nəticəsində aşkar edilir. Qanda dolaşan bu hüceyrələr beyinə toxluq hissinin çatmasının qarşısını alır. Əgər leptin hormonu yoxdursa, artıq çəki azdır, lakin yüksək hormon səviyyələri olanlar çox kiloludur və obezdir. Mədəkiçiltmə əməliyyatı zamanı mədənin çıxarılmış hissəsində leptin sintez edən hüceyrələr var.Bunların əməliyyat zamanı xaric olması çəkinin də azalmasına səbəb olur!

Back To Top