Piylənmə və yanaşı olaraq diabetin yeganə effektiv müalicəsi cərrahiyyədir. –  Ümumdünya Səhiyyə İnstitutu (NIH Consensus Conference). 1996

Piylənmə müalicəsində pəhriz, idman, dərmanlar və başqa müalicə üsullarının istifadəsi zamanı əldə olunan effekt uzun müddətli daimi təsirli olması 5-8% arasında dəyişir. Bu üsullar bahalı olmasıyla yanaşı, nəticələri yetərsizdir. Ancaq son yüz ildə həyata keçirilən cərrahiyyə əməliyyatların çox uğurlu olduğu dəfələrlə öz təsqdini tapmışdır.

Müalicə Ortalama Çəki İtkisi (%-lə) Artıq çəkilərdən 5 ildə azad olma
Placebo 4-6% 0%
Dieta, idman 8-12% 1.6% (10 il)
Dərmanlar <10% 10%
Cərrahi 65-85% 100% və daha çox

Köklüyün əməliyyatla müalicəsi yeni bir üsul deyildir. Son yüz ilin başlanğıcından bu günə qədər fərqli üsullarla əməliyyatlar edilərək köklüyü müalicə etməyə çalışmışlar. Lakin 1990-cu illər bu sahə üzrə çoxluq təşkil edib. Buna səbəb laporoskopik üsulla əməliyyatların geniş yayılmasıdır. Bu da, çox kök insanların əməliyyatlarının daha asan və ağrısız olmasına kömək edir. Bu zaman əməliyyatlar sonuncu seçim olmalıdır. Xəstələr bu barədə xəbərdar olmalı və mümkün qədər erkən müddətdə mərkəzdən faydalanmalıdırlar. Xəstələr cərrahiyyədən başqa, yerdə qalan bütün üsullardan istifadə edib, son çarə olaraq klinikamıza müraciət edirlər. Bizim mərkəzin məqsədi xəstəyə bir bütün halında ümumi və tam məlumat verməkdir.

Sırf köklüklə bağlı müalicə üzərində ixtisaslaşmış bir mərkəzin müasir baxışı-xəstənin endokrinoloji və psixoloji pozuntularının analizinin aparılması, pəhriz proqramının təyin olunması, əməliyyat öncəsi və sonrası fiziki, idman hərəkətləriylə bağlı proqramın hazırlanması və xəstəylə tam yaxından maraqlanıb, nəzarətdə saxlanması şəklində olmalıdır.

Bariatrik cərrahiyyənin qısa tarixi

İlk bu əməliyyatların aparılması haqqında məlumatlar 1950-ci illərə qədər gedib çıxır. Lakin aparılan əməliyyatlardan sonra metabolik problemlər səbəbindən uzun bir vaxt ərzində məhdud sayda aparılmışdır. 1980-cı illərdə, piylənmənin artması daha müasir və nisbətən az fəsadlı əməliyyatlara yol açmışdır eyni zamanda sonraki illərdə daha effektli əməliyyat növləri yaranmışdır.

Cərrahi əməliyyata mümkün hallar

  • Bədən kütlə indeksi 40 üzərində olan və ya 35-40 arasında olub yanaşı gedən bir xəstəlik zamanı (hipertenziya, şəkərli diabet, yuxu apnoesi, artrit, yağlı qaraciyər sindromu və s.)
  • 18-60 yaş arası
  • Ən azı 3 illik anamnez
  • Hormonal xəstəliklərin olması
  • Pəhriz, idman və dərman müalicəsinin az effekli və ya effektsiz olması (bu fonda 1 ildə çəki itirə bilmirsə)
  • Alkoqol və dərmandan asılı olmamaq
  • Xəstənin aparılan əməliyyat haqqında məlumat alması və postop
  • Rejimə əməl etməsi (buna şəraitinin olması)
  • Qəbul oluna bilən əməliyyat riski
  • İdman, fitnes,pəhriz və s.bu kimi arıqlama tədbirlərinin effektsiz olduğu hallar.

Nə üçün laporoskopik cərrahiyyə

  • Kəsik aparılmadan, az travmatik, yüngül əməliyyatlardır.
  • Sağalma müddəti açıq əməliyyatdan 4-5 dəfə qısa olur.
  • Kosmetik effekt (Kəsik və çapığın olmaması)
  • Açıq əməliyyata xas olan ağırlaşmaların (yara yeri infeksiyası, əməliyyatdan sonra yırtıqlar) daha az müşahidə olunması.

Bariatriyanın nailiyyətləri

50kq+
minimum arıqlama
100+
xoşbəxt insan
40%+
itirilən çəki

Bariatriyanın qazandırdıqları

Tez-tez verilən suallar

Əməliyyatdan sonra nə qədər çəki itirəcəyəm?
Verəcəyiniz çəki dietinizə və qidalanmanıza necə riyaət etməyinizdən və fiziki məşğələlərdən asılı olaraq dəyişir. Ortalama olaraq xəstələrimiz 65-70% çəkilərini 1 il ərzində izləmələrimizlə itirdikləri müşahidə olunur. Xəstələrin 80-85% qismi istədikləri ideal çəkiyə çatmağı bacarır və 10-14 il sonra belə çəkilərinin 50-60% daimi itirliməsi müşahidə olunur.
Əməliyyatdan sonra istədiyimi yeyə biləcəyəmmi?
Məqsədiniz əməliyyatdan əvvəl olduğu kimi yemək yeməkdirsə, bariatriya sizin üçün çarə deyildir. Həm çoxlu kalorili yemək yemək, həm də bununla bərabər çəki atmaq istəyirsinizsə, bunun olmasını gözləmək mümkün deyil. Ona görə də “Nə qədər çox yemək yeyə bilərəm deyil də, nə qədər çox arıqlaya bilərəm” fikri üstündə adaptasiya olmaq gərəklidir. Bariatriyanın isə sizə qazandırdığı yeyəbiləcəyiniz qida porsiyalarını gözlə görülən şəkildə kiçiltməkdir ki, əldə olunan nəticə də valehedici olacaqdır.
Bariatrik əməliyyat risklidirmi?
Əlbəttə ki, hər bir cərrahi əməliyyatda olduğu kimi burada da risklər mümkündür. Ancaq mövcud vəziyyətdə piylənmənin meydana çıxartdığı problemlər əməliyyatdan daha risklidir. Belə insanlar əməliyyat olunmazsa ömürlərini 10-15 il daha qısaltmış olurlar. Çünki piylənmə özü ölümcül bir xəstəlik hesab edilir. Beləliklə 0,4%-lik bir risk son dərəcə qəbul edilən bir göstəricidir ki, bu da appendisit əməliyyatında olan risklərdən daha azdır.
Əməliyyatdan əvvəl hansı müayinələr aparılır?
İlk olaraq hər cərrahi əməliyyat zamanı artıq standart hesab olunann laborator analizlər; qanın ümumi və biokimyəvi analizləri, sidik analizi, inkeksion testlər tətbiq olunur. Əlavə olaraq qan şəkəri, tireoid testlər aparılır. Ağciyərin rentgeni və EKQ çəkilir. Qaraciyərin vəziyyətini müəyyənləşdirmək, öd kisəsində daşın olub-olmamağını, hər hansı daralma və ya qarın boşluğunda patoloji prosesin olmasını müəyyənləşdirmək üçün USM müayinəsi keçirilir. Digər həkim konsultasiyaları keçirilir və ehtiyac olduqda ixtisaslı həkimlərin təyinatı ilə əlavə müayinələr icra olunur.
Bu əməliyyatdan sonra diabetdən qurtulmaq mümkündürmü?
Bəli, II tip şəkərli diabet cərrahi olaraq sağala bilir. Diabetik xəstələrin 80% hissəsi piylənmədən əziyyət çəkən insanlardır və bariatrik cərrahiyyə 75-100% hallarda belə xəstələrdə normal qan şəkərini düzəldir. Burada əsas məsələ sadəcə çəki itkisi deyil, oqranizmin insulinə həssaslığının artması ilə bağlıdır.
Bariatrik cərrahiyyənin nəticələri qalıcıdırmı?
Tətbiq etdiyimiz Sleeve qatrektomiya və Gastric Bypass əməliyyatları geri dönməz əməliyyatlardır. Əslində çox effektli əməliyyatlar olsa da Gastric Bypass nəticələri geri dönə bilər, beləki burada təsiredici müəyyən faktlar vardır. Belə ki əməliyyat sonra yenə böyük miqdarda yeməklər yeyilməsi davam edərsə, təyin olunmuş qida rasionuna əməl edilməzsə və ya hansısa bir irsi problemlər müşahidə olunarsa, istənməyən nəticələrə qayıdıla bilər. Buna görə də bariatriyaya çox yemək yeyərək çəki itirmək kimi baxmaq deyil, arıqlamaqda sizə yardımçı olan dost kimi baxmaq gərəkdir.
Arıqladıqdan sonra dəridə sallanmalar olacaqmı?
Əgər çox böyük bir miqdarda çəki itirmisinizsə, piy qatı boşalmış dərinizdə ciddi sallanmalar rast gəlinə bilər. Bunun üçün sallanmaların düzəldilməsi ilə bağlı estetik müdaxilə tələb oluna bilər.
Yaşam keyfiyyəti - 95% yaxşılaşma
95%
Ölüm riski - 89% azalma
89%