Bizim fəaliyyətimiz
Biz Bariatrik cərrahiyyənin Azərbaycanda yaranmasında və inkişafında tək əməliyyatların aparılması ilə deyil, eyni zamanda bütün bu proseduralar haqda maarifləndirmə prosesləri ilə də yaxından məşğul oluruq.
Bunun bariz nümunəsidir ki, 2010-cu ildən başlayaraq müxtəlif dünya konqreslərində, kurslarında iştirakımızla, müxtəlif dövlətlərdə eyni adlı bölümlərlə yaxından tanışlığımız buna bir sübutdur. 2013-cü ildə IFSO (Intemational Federation for the Surgery of Obesity and Metabolic disorders) konqresində Azərbaycanlı nümayəndə olaraq tək təmsil olunmağımız və eyni zamanda çıxışımız bu işin artıq nəticəsinin əldə olunmasının ilk addımları idi. 1 il sonra 2014-cü ildə Azərbaycan Bariatrik Metabolik Cərrahlar dərnəyinin qurulması və son 4 ildə apardığımız işlərin sayəsində IFSO (International Federation for the Surgery of Obesity and Metabolic disorders) təşkilatına qəbul olunduq. 2014-cü ilin aprel ayında Brüsseldə keçirilən IFSO-nun Avropa konqresində təmsil olunduq. 2014 – Ulusal Cərrahi konqres, 2015 – ELSD, 2015 – IFSO Vyana, 2015 oktyabr 4. Ulusal & 1. Akdeniz Metabolik Hastalıklar ve Morbid Obezite Cerrahisi Kongresi günlərində iştirakımız fəaliyyətimizin göstəricisidir. Bu illər ərzində sosial, tibbi səviyyədə gördüyümüz işlərlə yanaşı olaraq Respublika daxilində bir sıra elmi praktik konfransların təşkilində yaxından təmasda olduq.
Dövlətimizin və Cənab Prezidentimizin tibb səhəsinə göstərdiyi xüsusi dəstəyin sayəsində çox sürətlə inkişaf etməkdə olan səhiyyə sistemimizdə, bariatrik cərrahiyyə haqda maarifləndirmə yöniimündə bəzi işlər görüldü ki,
- VII uroloq və androloq simpoziumunda “Kişi sonsuzluğunda piylənmənin rolu və Bariatrik cərrahiyyə”;
- İstanbul Üniversitesi Cerrahpaşa Tip fakültesi, İstanbul Üniversitesi Çapa Tıp fakültesi, Ulusal Endoskopik Laparoskopi Cerrahi Demeği, İ.Ü Sürekli Tip Eğitimi Araştırma ve Uygulama Merkezi, Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Mərkəzində birlikdə təşkil etdikləri “Laparoskopik- Bariatrik cərrahi kurs”,
- Hilton otelində keçirilən “Erkən yaşlanmaya son!” adlı tibbi konfrans,
- Azərbaycan Dövlət Tibb Universitetinin “FLORENCENIGHTlNG” Xəstəxanalar qrupunun Tədris Cərrahiyyə Mərkəzində birlikdə keçirdiyi Elmi-Praktik konfrans,
- Elmi Cərrahi Mərkəzdə keçirilən Azərbaycan-Türkiyə cərrahiyyə və qastroenterologiya günlərində təmsil olunduq.
Biz Azərbaycanda bariatrik metobolik cərarhiyyəni formalaşdırıb bunu dünya səviyyəsində və eləcə də beynəlxalq cərrahi assosiasiyaları ilə iş birliyində yüksək səviyyədə tanınmasında bacardığımız qədər xidmətlərimizi əsirgəməyəciyik.
Köklüklə bağlı mərkəzimizin yaranma məqsədi
- Köklük xəstəiyi ilə bağlı tibbi savadı artırmaq;
- Qoruyucu və qarşısı alına biləcək tədbirlərin olmasını həyata keçirmək;
- Köklüklə bağlı elmi araşdırmaların aparılması və yayımlanması;
- Mövcud müasir müalicə üsullarını tətbiq etmək, irəlilətmək və çoxaltmaqdan ibarətdir.
Köklüklə bağlı mərkəzin təməli
- Endoskopik və laporoskopik köklük cərrahiyyəsi şöbəsi;
- Anesteziologiya və reanimasiya şöbəsi;
- Endokrinoloji şöbə;
- Psixoloji şöbə;
- Fizioterapiya şöbəsi;
- Diyetoloq məsləhəti;
- Plastik və rekonstruktiv cərrahiyyə;