24-cü Dünya Bariatrik-Metabolik Cərrahlar Konqresi
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov sentyabr ayının 3-7 tarixlərində Ispaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24 –cü dünya Bariatrik-Metabolik cərrahlar kongresində ( 24 th WORLD KONGRES IFSO – International Federation for the Surgery of Obesity and Metabolic Disorders) içtirak və çıxış etmişdir . DÜNYANIN 67 dövlətindən gələn 3000 dən çox içtirakçı və 250-dən çox çıxışçının arasında, İFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) beynəlxalq təşkilatın rəsmi olaraq dəvəti ilə kongresdə çıxış edən dərnək sədri bu tədbirin akademik proqram üzrə həddindən çox effektiv planlanmış, eyni zamanda növbəti illərdə bu sahənin marağında olan cərrahlar üçün əhəmiyyətli perespektivlər açılacaqdır.Bu kongres bütün Dünya dövlətlərində inkişafda olan Bariatrik-Metabolik cərrahiyyənin inkişafına ciddi təkan olacaqdır.
“Bu kongresdə təmsil olunan 67 dövlətdən biridə Bizim doğma Azərbaycanımızdır və bu “Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyi”-nin son 6 ildə gördüyü işin nəticəsidir.Piylənmənin və metabolik xəstəliklərin Cərrahi müalicəsindən bəhs edən bi kongresdə Bariatrik-Metabolik cərrahiyyə sahəsində tanınan 3000 dən artıq mütəxəssis iştirak edib və 250-dən çox bu sahənin öndə gedən mütəxəssisləri çixiş etmişdir . Bu çıxışlardan biri də bizə aiddir ki, artıq 5 ildİr ki, üzərində işlədiyimiz baraitrik-Metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən Mədənin boylama rezeksiyası – el arasında mədə kiçiltmə kimi tanınan – (Sleeve gatsrectomy) əməliyyatın modifikasiyasından bəhs edən “ DOES OMENTOPEXY PLAY A ROLE İN PREVENTİNG COMPLİCATİONS DURİNG SLEEVE GASTRECTOMY PROCEDURE? “ adlı çıxış oldu. Çıxış maraqla qarşılandı bunun izahı olaraq demək olar ki bu sahənin cərrahi ağırlaşmalarının qarşısının alınmasında bu gün dünyada çoxlu sayda araşdırmalar var və göndərdimiz abstraktın da kongresin akademik gündəliyində kongresin elmi idarə heyəti tərəfindən çxış üçün seçilməsi məhz buna dəlalət edir. Biz milli dərnək olaraq bu konfransda Dünya şöhrətli Professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. Biz artıq 2015 ci ildən başlayaraq Beynəlxaq kongreslərdə müxtəlif növ çıxışlar edərək bu sahənin Dövlətimizdəki inkişafından bəhs edirik. Düşünürük ki, önümüzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahəni Ölkəmizdə daha da irəli getməsinə nail olacağıq. Bu sahədə Mədənin Boylama Rezeksiyasının (Sleeve gastrectomy) nəticələrinin daha da yaxşılaşdırılması ilə əlaqəli olaraq son 5 ildə gördüyümüz işlərin nəticəsindən bəhs edən çixişimiz dinləyicilər tərəfindən maraq doğurdu. Çünki, bilirik ki, Bariatrik-Metabolik Cərrahiyyə bir əməliyyat növündən ibarət deyil. Burada əgər uğurlu nəticə əldə etmək istəyiriksə pasientə individual olaraq yanaşaraq bir çox tibbi səbəblərin varlığından dolayı müxtəlif əməliyyat növləri tətbiq etməsək qənaətbəxş nəticə əldə edə bilmərik. Mədənin Boylama Rezeksiyası (Sleeve gastrectomy) əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. Amma bu metodun da özünün müəyyən dezavantajları var. Bunları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün bu metodun modifikasiyasına həsr etdiyimiz elmi işimizin əsas məğzində duran yeniliklərdən bəhs edən çixişimiz diqqətsiz qala bilməzdi. Sevindirici Haldır ki, MDB məkanında olan Xəzəryanı dövlətərdə, Qafqazda və Orta Asiya dövlətlərində Azərbaycan Bariatrik-Meatbolik Cərrahlar Dərnəyi artıq 5 ildir ki, fəaliyyət göstərir və adı çəkilən bu dövlətlər arasında ilk dəfə bizim Respublikamızda bu iş başlayıb.Bunun Bariz nümünəsidir ki, bu il biz artıq Respublikamzıda 5 – cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin Kongresini keçirdik. Bu möhtəşəm Kongresi də Azərbaycan Bariatrik-Metabolik cərrahiyyəsini təmsil edərək başa vurduq. ” Öz təəsüratların bölüşən dərnək sədri Kongresin işini çox yüksək qiymətləndirək sonda xüsusi olaraq qeyd etdi ki, dünyada 2018-20019 cu illərdə ortalama 834000 müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılmışdır ki, bunlardan 390000 (47%) mədənin boylama rezeksiyası (Sleeve gastrectomy) əməliyyatıdır. Ölkəmizdədə son 6 ildə 3000 -ə yaxın Bariatrik_metabolik cərrahi əməliyyatlar aparılmışdır ki, bunlardan təxminən 80-85% mədənin boylama rezeksiyası (Sleeveg gastrectomy) əməliyyatıdır.