skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Artıq çəkisi olan hər kəsə obezitə cərrahiyəsi tətbiq olunurmu?

Artıq çəkisi Olan Hər Kəsə Obezitə Cərrahiyəsi Tətbiq Olunurmu?

Artıq kilolarından xilas olmaq üçün müraciət edən hər adama obezitə cərrahiyyəsi, yəni bariatrik cərrahiyyə tətbiq olunmur. Əgər adam bədən kütlə indeksi (BMI) 35-altında bir dəyərə sahibsə, məşq və sağlam bir bəslənmə proqramı, yəni pəhriz müalicəsi ilə ilə kilo verməsi mümkündür. Bədən kütlə indeksi 35-40’ın arasında olan və ya 40-dan çox, yəni obez olan xəstələrə isə adətən mədə kiçiltmə əməliyyatı kimi cərrahi üsullar tətbiq olunur.
Obezitə cərrahiyyəsinin bir neçə növü vardır. Mütəxəssislərin ətraflı müayinəsindən sonra Obezitə cərrahiyyəsinin üsulu müəyyənləşdirilir.
Obezitə cərrahiyyəsinə namizəd olmaq üçün,
-18-65 yaş arasında, bədən kütlə indeksi 40 kq / m2’nin üzərində (morbid obez) olması və ya,
-Bədən kütlə indeksi 35-40 kq / m2 arasında obez olub, hipertoniya, diabet, yuxu apnesi sindromu ilə artrit kimi xəstəlikləri olması, ən az 1 il normal kilosuna qovuşmaq üçün mütəxəssis nəzarətində pəhriz və məşq edildiyi halda bunu bacara bilməmiş olması lazımdır.

Back To Top