skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Bayramınız mübarək

Bayramınız Mübarək

Nəhayət ki, bayramlar bitdi. Bayramlar xoş hisslər bəxş etsə də, bayram sonrası tərəziyə çıxmaq heç də xoş hisslər yaşatmır. Amma peşmançılıq yaşamamışdan qabaq dayanın!
Tərəzidə gördüyünüz rəqəmlər sizin əsl kilonuzu əks etdirmir. Bayram və tətil günlərində bayramdan qalma yeməkləri bitirmə bəhanəsi səbəbi ilə aldığımız və hələ də bədənimizdə olan artıq kilolardır. Sizi sevindirmək istəyərəm ki, onlardan qurtulmaq elə də çətin deyil, sadəcə 3 gün yediklərinizə çox diqqət etməlisiniz.

İndi sual belədir ki, bu kilolardan necə qurtulaq?
Paytaxt salatlarınız, dolma və aşlar bitibsə artıq tərəziyə çıxmaq vaxtıdır. Amma sizə məsləhət bilərdim ki, dərhal tərəziyə çıxmayın. 1 gün ərzində normal tərəvəz və maye qidalanmaq, hərəkəti artıraraq bədəninizi təmizləyin. Bayramlardan sonra artıq normal qidalanmağa başlamağa qərar vermisinizsə, növbəti gün mütləq ciddi bir rejim tətbiq edin. Dietanı pozduğunuz gündən sonra da mütləq bunu edin. Hərəkəti artırın.

Back To Top