Elisabeth Hughes Gosett

1921-ci ildə Elisabeth Hughes Gosett-in 14 yaşında 20 kq çəkisi var idi və şəkərli diabet tip 1dən ölürdü. Amma onun bəxti gətirdi. Ona diabet diaqnozu qoyulan anda Toronto Universitetinin laboratoriyasında doktor Banting insulin kəşf etdi.
1922-ci ilə qədər tip 1 diabet diaqnozu qoyulan bütün uşaqlar 1 max 2 il içində dünyasını dəyişirdilər. Və bu iki ili onlari yaşatmaq üçün xüsusi hədsiz kasad pəhrizlərdə saxlayırdılar, demək olar yedizdirmirdilər.
Bugün ilk insulin inyeksiyasından 99 il və 12 gün keçib.
Bu il bəşəriyyət insulinin kəşfinin 100 illiyini qeyd etdi. Artiq dünyada 500.000.000 insan həyatı qutaran insulin.
1921ci ilin yazında Ontariodan doktor cərrah Frederik Banting Toronto Universitetinin fiziologiya professoru John Makleodun yanında gəlir və ondan pankreasdan sekret ayırmaq üçün laboratoriya istəyir. Banting adacıq hüceyrələrini (Langerhans) ayırmazdan əvvəl onları pankreasın enzimləri tərəfindən dağılmağının qarşısını almaq üçün pankreasin axarlarını bağlamağı planlayır.