skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Əməliyyatdan sonra B12 vitamin azlığı olurmu və necə kontrol edilməli?

Əməliyyatdan Sonra B12 Vitamin Azlığı Olurmu Və Necə Kontrol Edilməli?

Vitamin B12 qırmızı qan hüceyrələrinin (qırmızı qan hüceyrələri) yetkinləşməsi üçün əhəmiyyətli olan bir vitamindir. Ayrıca sinir funksiyası və DNT sintezində də əhəmiyyətli təsirləri vardır. Ən məşhur vitamin B12 qaynaqları ət, yumurta, qaraciyər və süd məhsullarıdır. Alınan vitamin B12 normal olaraq, mədədə istehsal edilərək daha sonra bağırsaqlara keçən və incə bağırsağın qurtaracağında əmilən daxili faktora bağlanır. Qeyri-kafi vitamin B12 ən çox anemiya (qan azlığına) səbəb olur. Bu zaman gücsüzlük, qərarsızlıq, sayıqlama və qarışıqlıq kimi nevroloji dəyişikliklər də baş verə bilər. Gastric Bypass əməliyyatından sonra qidalar, mədənin daxili faktor olan qisimindən keçməzlər, nəticə olaraq vitamin B12’nin qatılığı, normal anatomiyadakı qədər təsirli olmur. Vitamin B12 əskikliyi simptomlarının inkişafı aylar, ya da illər alır. Bədənimizdə çatışmazlıq meydana gəlmədən əvvəl təxminən 6 ay davam edəcək qədər lazım olan qədər B12 yığılır. Vitamin B12 əksikliyi meydana gəlsə, ağızdan alınan vitamin B12 ilə əskikliyi aradan qaldırmaq lazım gələ bilər, Ancaq bəzi xəstələrdə bunu müvəffəqiyyətli bir şəkildə müalicə etmək üçün aylıq iynə vurmaq lazımdır.

Back To Top