Gastrik Bypass əməliyyatından sonra D vitamini
![Gastrik Bypass əməliyyatından Sonra D Vitamini](https://bariatriya.az/wp-content/uploads/2018/01/d-vitamini.jpg)
D vitamini əksikliyi əməliyyatdan əvvəl obez xəstələr arasında yayılmış olaraq görülür. Bu çatışmazlıq əməliyyatdan sonra, xüsusilə mədə bypass xəstələrində mədə turşusunun aşağı səviyyələrinə görə daha da kəskinləşə bilər. D vitamininin absorbsiyası mədədə aşağı pH dəyərlərini tələb edir. Əməliyyatdan əvvəl və sonra xəstələrin D vitamini səviyyəsinin müəyyən edilməsi metabolik sümük xəstəliyinin, hipertoniyanın və diabetin inkişafının qarşısının alınması üçün çox vacibdir.
D vitamini turş mühitdə kalsiumun əmilməsini artırır. D vitamininin aşağı səviyyədə olması diyetdə kalsiumun udulmasını azaldır. Paratiroid hormon səviyyəsinin ölçülməsi serum kalsiumun ölçülməsindən daha yaxşıdır. Yüksək hormon səviyyələri kalsiumun emiliminin istənilən səviyyədə olmadığını göstərir. Obezitə əməliyyatı keçirən xəstələrin əksəriyyətində xora inkişafının qarşısını almaq üçün proton pompası inhibitor dərmanlarının istifadəsi mədə turşusunu azaldaraq vəziyyəti daha da pisləşdirir.
Bütün bunları nəzərə alaraq D vitamini və Ca qanda daim nəzarətdə saxlanılmalıdır.