Hansı növ bariatrik əməliyyatlar var?
Bədən kütlə indeksi 40-dan çox olan xəstələr,bədən kütlə indeksi 35-dən çox olub yanaşı xəstəliyi olanlar,1 illik pəhriz, dərman müalicəsi və nizamlı fiziki fəaliyyətə baxmayaraq kilo verə bilməyənlər üçün bu əməliyyatlar tətbiq olunur.
Hansı əməliyyat tipinij tətbiq olunması hər xəstənin vəziyyətinə görə fərqlidir.Əsas odurki düzgün əməliyyat növü seçilsin.
Son dövrlərdə piylənmə cərrahiyyəsinin qızıl standartı mədə kiçiltmə əməliyyatıdır.Mədə kiçiltmə (Sleeve Gastrektomi) əməliyyatı, obezitə xəstələrində mədənin böyük qisminin çıxarılması ilə arıqlamanın təmin edildiyi əməliyyat üsuludur.
Bu zaman həzm traktının normal ardıcıllığı pozulmadığı üçün ən məqsədəuyğun əməliyyat növü sayılır.
Digər üsul isə Gastrik bypass əməliyyatıdır.
Piylənmə cərrahiyəsində “mədə by-pass’ı” üsulu zamanı mədənin kiçildilməsinə əlavə olaraq nazik bağırsağın ən az 1 metrlik ən üstdəki (mədəyə yaxın) qismi cərrahi üsulla dövrə xarici buraxılır. Bu sayədə mədə kiçiltməklə qida alınımının məhdudlaşdırıcı təsirinə əlavə olaraq, alınan qidaların sorulmasının da azalması təmin edilir və bu daha da çox kilo verdirici bir təsir yaradır. Bundan əlavə dövrə xarici buraxılan nazik bağırsaq bəzi hormonal təsir yaradaraq tip II şəkər xəstəliyinin müalicəsinə də “müsbət” təsir edir.
Digər üsül isə mədə qandalı əməliyyatıdır.Mədə qandalı əməliyyatı zamanı mədənin üst hissəsinə şişə bilən bir bant taxılır; mədə iki hissəyə ayrılır. Mədənin üst hissəsi kiçik, aşağı hissəsi böyük olur; hissələr arasında çox kiçik bir kanal buraxılır.
İrəli morbid obezitə müalicəsində, yəni BKİ’nin 60 üstündə olduğu faktlarda və əvvəldən edilmiş və illər içində müvəffəqiyyətini itirmiş mədəkiçiltmə əməliyyatı xəstələrində əhəmiyyətli bir variant ola bilən və zamanımızın müzakirəsiz ən təsirli köklük aradan qaldırıcı laparoskopik cərrahiyyəsi “duadenal switch” ‘dir.
Bu əməliyyatın hansı növünün tətbiq edilməsinin qərarını sizin vəziyyətinizdən asılı olaraq həkiminiz verir….