skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Ən yüksək kalorili meyvə və tərəvəzlər

Ən Yüksək Kalorili Meyvə Və Tərəvəzlər

Ən yüksək kalorili meyvə və tərəvəz hansılardır?

Hər kəsin bildiyi kimi, meyvələrə bizim üçün hər zaman yeyə biləcəyimiz qida və dadlı desert kimi qəbul olunur. Lakin, meyvələrin mahiyyətinə görə sırf karbohidrat olduğunu nəzərə alaraq, bir çox meyvələrin seçimində ehtiyyatlı olmanız gərəkdiyini də bilməliyik.

Banan – ən yüksək kalorili meyvə sayılır. Lakin bu, bananın təzə (tər) halında deyil, qurudulmuş halı üçün müəyyən edilib. Belə ki, bananın təzə halda kalori dəyəri 89 kkal olduqda, qurudulmuş 100 qr bananın kalorisi isə 390 kkal təşkil edir. Ümumiyyətlə təzə meyvələrlə müqayisədə qurudulmuş meyvələr onlardan dəfələrlə çox kaloriyə malik olurlar. Maraqlıdır ki, termik emal prossesində meyvələr həcmlərini 3-5 dəfə itirməklərinə baxmayaraq, öz kalori dəyərlərini qətiyyən dəyişmirlər. Belə ki, tər almanın kalori dəyəri 37 kkal olduqda, 100 qr qurudulmuş almanın kalori dəyəri 253 kkal bərabərdir. Bu bütün meyvələrə aid edilir. Məhz bu səbəbdən qurudulmuş meyvə yedikdə miqdarına diqqət edin.

Ən yüksək kalorili tərəvəzə gəldikdə isə bu kartofdur ki, suda qaynadılmış halında -76 kkal, qabıqla bişirildikdə – 80 kkal, püre halında – 300 kkal, uşaqların çox sevdiyi lakin, heç məsləhət görülmədiyi çips halında isə – 500 kkal-ə malikdir.

Back To Top