skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Kimlərə hansı əməliyyat növü seçilməlidir?

Kimlərə Hansı əməliyyat Növü Seçilməlidir?

Piylənməsi olan xəstələrin kilo vermələrinə kömək məqsədli qida qəbulunun və ya qida sorulmasının, ya da hər ikisinin birdən azaldılması üçün həzm sisteminə cərrahi müdaxilə olunmasına Bariatrik cərrahiyyə “piylənmə cərrahiyyəsi” deyilir. Piylənmə cərrahiyyəsi zamanı xəstədə olan yuxu apnoesi, yüksək təzyiq, tənəffüs pozğunluqları, depressiya, iqtidarsızlıq, yağlı qaraciyər sondromu, degenerativ osteoartritlər, insulin müqaviməti və ya Tip II diabet xolesterol yüksəkliyi və iflic kimi xəstəliklərin əlamətləri də aradan qaldırılır. Bədən kütlə indeksi 40-dan çox olan xəstələr və ya bədən kütlə indeksi 35-dən çox olub, yanaşı xəstəliyi olanlar,1 illik pəhriz, dərman müalicəsi və nizamlı fiziki fəaliyyətə baxmayaraq kilo verə bilməyən xəstələrə cərrahi əməliyyat tətbiq olunur.

Xəstəyə hansı əməliyyatın ediləcəyi qərarı xəstəyə aid bir sıra tibbi-sosial xüsusiyyət ilə əlaqədardır:

  • Əvvəldən hər hansı bir köklük əməliyyatı tətbiq tətbiq olunmamış olması bu qərarda əsas dərəcədə əhəmiyyətlidir.
  • Tip 2 şəkər vəziyyəti və xəstənin yaşı da bu qərara təsir edir.
  • Son olaraq da; pasientin tibbi-sosial vəziyyəti, qidalnma asılılığı və s.bu seçimdə rol oynayır.

Başqa ilə cərrahi qrupun həm mövzunun bütün fəlsəfəsinə hakim olması və həm də bütün bariatrik prosedurları bilməsi və mükəmməl şəkildə tətbiq edə bilməsi də bir ön şərtdir. Bir piylənmə xəstəsi ilə qarşı-qarşıya gəldiyimizdə əgər əməliyyat müalicəsinə mane xüsusi bir vəziyyət də yoxdursa xəstəyə aid bütün xüsusiyyətləri bir-bir ortaya qoyub, xəstənin özü ilə də bütün müalicə seçənəkllərinin müsbət və mənfi tərəflərini müzakirə edib ən uyğun cəhd “diqqətlə” planlanmalıdır!!

Back To Top