skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Mədə kiçiltmə əməliyyatı zamanı arıqlama necə baş verir.

Mədə Kiçiltmə əməliyyatı Zamanı Arıqlama Necə Baş Verir.

Əməliyyatın təsiri yalnız həcm azalması ilə deyil. Effektiv mexanizmlər aşağıdakı kimi ümumiləşdirilə bilər:
– Qidalanmanın təsiri: 150-200 ml qalan boru şəklində olan mədə həcmi bir gündə qəbul edilə bilən qida limitini ciddi şəkildə məhdudlaşdırır. Bu tıxanana qədər böyük porsiyalarda yeməyə maneə törədir. Daha da vacibi odur ki, azalmış qida miqdarına baxmayaraq, tez doyma hissi əldə edilir.
-Mədə səbəbli hormonal təsir: Mədənin çıxarılan hissəsi ghrelin hormonu ifraz edən ən vacib sahədir. Bu hormonun səviyyəsi azaldıqca, gün ərzində hiss olunan aclıq hissi azalır, bu da yemək tezliyini azaldır. Bu mexanizm ilə atışdırma və ya grazing adlandırılan yemək pozğunluqlarının qarşısı alınır.
-Sürətli mədə boşalması və nazik bağırsaq səbəbli hormonal təsir: Qidanın mədədən evakuasiyası sürətlənir. Bu sayədə nazik bağırsaq gərilir və GLP-1, PYY kimi toxluq hissi təmin edən hormonlar ifraz edir. Buda qida qəbulundan sonra toxluq hissinin gün boyu davam etməsini təmin edir.GLP-1 və PYY iştah azaldıcı hormonlar olaraqda bilinir.
-Metabolik dəyişikliklər.Orqanizm daha uyğun və kiçik bir orqanizm üçün lazım olacaq şəkildə yenidən qurulur.

Back To Top