skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Mədə kiçiltmə əməliyyatından sonra dəmir əksikliyi

Mədə Kiçiltmə əməliyyatından Sonra Dəmir əksikliyi
Dəmir başlıca nazik bağırsağın ilk hissəsində (duodenum) sorulur. Mədə kiçiltmə əməliyyatı zamanı mədənin fundal hissəsi götürülür, yəni nazik bağırsaqda heç bir əməliyyat aparılmadığı üçün dəmirin sorulmasında heç bir problem olmur. Bu zaman dəmir əksikliyi az qida qəbul olduğu üçün yarana bilər. Dəmir əskikliyi anemiyaya gətirib çıxarır. Əsas tərkib olan qırmızı qan hüceyrələrini istehsal etmək üçün bədənin çox miqdarda dəmirə ehtiyacı vardır. Dietimizdəki başlıca dəmir qaynaqları; mal əti, böyrək, qaraciyər, paxladır. Dəmir çatışmazlığı anemiyası bir neçə ay ərzində yavaş-yavaş inkişaf etməkdə olub, xəstələrin çoxunda ağızdan alınan dəmir əlavələri ilə asanca qarşısı alına bilər.
Back To Top