Mədə kiçiltmə əməliyyatından sonra reflüks
Sleeve gastrektomi olaraq da bilinən mədə kiçiltmə əməliyyatı, qalıcı kilo itkisi üçün tətbiq olunan, təhlükəsizlik və effektivliyi sübut edilmiş bir obezitə cərrahiyyəsi üsuludur. Mədə kiçiltmə əməliyyatı obezitə cərrahi üsullarının ən yenisi olmasına baxmayaraq, cərrahlar və xəstələr arasında populyarlıq qazanmışdır. Lakin bütün cərrahi əməliyyatlarda olduğu kimi mədə kiçiltmə əməliyyatından sonrada bir çox ağırlaşmalar müşahidə oluna bilər.Bunlar tez vaxtda və gec vaxtda müşahidə olunan ağırlaşmalara ayrılır. Gec vaxtda mədə kiçiltmə əməliyyatlardan sonra görülə biləcək bəzi fəsadlar var, lakin bunlar nadir hallarda həyati təhlükəsi olan bir vəziyyətdir. Reflüks mədə kiçiltmə əməliyyatı sonrası rast gələn şikayətlərdəndir. Mədə kiçiltmə əməliyyatından sonra reflünün artdığını irəli sürən nəşrlər qədər, azaldığını söyləyənlər də mövcuddur. Ancaq bəzi araşdırmalarda xəstələri 47 %ində reflüks olduğu bildirilir. Müalicəsində proton nasosu inhibitoru qrupundan olan dərmanlar istifadə olunur.Adətən qoruyucu olaraq bu dərmanlar əməliyyatdan sonrakı 4-5 ay istifadə edilməlidir. Müalicəyə baxmayaraq reflüks davam edirsə Stretta kimi endoskopik müalicə üsulları və ya cerrhi müalicə düşünülməlidir.