Obezitə və cinsi hormonlar.
Cəmiyyətdə son zamanlarda geniş yayılmış piylənmə qadınlarda məhsuldarlıq qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir etməkdədir. Piylənmə ovulyasiya pozulmalarina gətirib çıxararaq sonsuzluğa səbəb olan bir faktordur. İnsanda yaranan artıq çəki səbəbi ilə bədəndə insulin müqaviməti yaşanır. İnsulin müqavimətinin artması nəticəsində yüksək təzyiq, şəkər xəstəliyi və ovulyasiya ilə əlaqəli problemlər ortaya çıxır. Şəkər xəstəliyi və yüksək təzyiq hamiləliyin zəifləməsinə yol aça bilər. Bu kimi mənfiliklərdən xilas olmaq üçün uşaq sahibi və ana olmaq istəyən qadınların artıq kilolarından xilas olmaları lazımdır.
Həddindən artıq çəki səbəbindən hormonal pozğunluq yaranır, bu da ovulyasiya funksiyasının pozulması ilə nəticələnir.Bu kimi problemlər də hamiləlik şansını azaldır.
Bir çox araşdırmaya görə qadınlarda ortaya çıxan sonsuzluq problemlərinin haradasa 40 faizi ovulyasiya ilə əlaqəli pozuntular səbəbi ilə ortaya çıxır. 40 faizlik qrup isə həddindən artıq kilolu və over sindromlu qadınlardan ibarətdir. Obezitə sonsuzluğun səbəbidir.Çoxlu sayda yağ hüceyrələri estrogen balansını pozur.Yüksək miqdardakı estrogendə ovulyasiyanı əngəllədiyi üçün sonsuzluğa səbəb olur.Obez qadınlarda bədəndəki artıq piylənmə səbəbi ilə insulin miqdarı artır və yumurtalıqlardan artıq miqdarda kişi hormonları ifraz olunur.Bu vəziyyətdə artıq ovulyasiyanın dayandığını göstərir. Artıq çəkili qadınlar artıq çəkilərindən azad olarlarsa ovulyasiya normaya qayıdır.Araşdırmalar göstərir ki, obez qadınlar 5% kilo verdikdə, bunların 60%-də mentruasiya pozğunluğu aradan qalxır.
Kişilərdə də artıq çəki sperm funksiyasının və sayının azalmasına səbəb olur.Artıq çəki testisləri və sper istehsalına pis təsir edir.Araşdırmalara görə obez kişilərdə sper sayı yüzdə 21, sperm funksiyası isə yüzdə 23 daha azdır. Obez kişilərdə yağ toxumasında testesteronun estrogenə çevrilməsi artır və buna bağlı olaraq sperm sayı azalır.Kilolu kişilərdə testis bölgəsindəki yağ toxuması oradakı bədən temperaturunu yüksək tutur və yüksək temperatur səbəbi ilə testis qamarları genişlənir.Bu da sperm istehsalını və keyfiyyətini azaldır.