Obezitə və sonsuzluq
Cəmiyyətdə son zamanlarda geniş yayılmış piylənmə qadınlarda məhsuldarlıq qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir etməkdədir. Piylənmə ovulyasiya pozulmalarina gətirib çıxararaq sonsuzluğa səbəb olan bir faktordur. İnsanda yaranan artıq çəki səbəbi ilə bədəndə insulin müqaviməti yaranır. İnsulin müqavimətinin artması nəticəsində yüksək təzyiq, şəkər xəstəliyi və ovulyasiya ilə əlaqəli problemlər ortaya çıxır. Şəkər xəstəliyi və yüksək təzyiq hamiləliyin zəifləməsinə yol aça bilər. Bu kimi mənfiliklərdən xilas olmaq üçün uşaq sahibi və ana olmaq istəyən qadınların artıq kilolarından xilas olmaları lazımdır.
Həddindən artıq çəki səbəbindən hormonal pozğunluq yaranır, bu da ovulyasiya funksiyasının pozulması ilə nəticələnir.Bu kimi problemlər də hamiləlik şansını azaldır.
Bir çox araşdırmaya görə qadınlarda ortaya çıxan sonsuzluq problemlərinin haradasa 40 faizi ovulyasiya ilə əlaqəli pozuntular səbəbi ilə ortaya çıxır. 40 faizlik qrup isə həddindən artıq kilolu və over sindromlu qadınlardan ibarətdir.