Op. Dr. Taryel Ömərov Mart ayında Cərrahpaşa tibb fakütləsində və Medtronik İnnovasion Mərkəzində təşkil olunmuş kurslarda iştirak etmişdir.
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov mart ayının 28-29-u tarxilərində Bariatrik-Metabolik Cərrahiyyədə revizional texnikalar mövzusunda Türkiyə Bariatrik Cərrahi Dərnəyinin təşkilatçılığı ilə, 1-ci gün Cərrahpaşa tibb fakültəsində 2 ci günü isə Medtronik İnnovasion Mərkəzində heyvan labaratoriyasında təşkil olunmuş kursu müvəffəqiyyətlə iştirak etmişdir. Bu kursda Dərnək sədri eyni zamanda kurs təlimçisi olaraq kursun 2 ci günü heyvan labaratoriyasına praktik laparoskopik-bariatrik-metabolik cərrahi vərdişlərin həyata keçirilməsində Tükiyədən olan uzun illik təcrübələrinə malik olan profesorlarla çiyin-çiyinə gənc cərrahlara bu işin incəliklərini mənimsəməsinə kömək etmişdir.
“Türkiyədə 100- dən çox rəsmi olaraq dəvət olunmuş Bariatrik-Metabolik Cərrahiyyə ilə məşğul olan və bu sahədə öz sözünü demiş Cərrahların qatıldığı bu möhtəşəm Kongres çox effektiv planlanmışdır. Biz milli dərnək olaraq İstanbul Universiteti Cərrahoaşa Tibb Fakültəsində təşkil olunan bu konfransda Dünya şöhrətli Professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq, həmçinin gənc cərrahlara heyvan labarotoriyasında təşkil olunmuş canlı əməliyyat kurslarında təlim keçdik. Əslində təvəzökarlıqdan uzaq olaraq demək istərdim ki, ölkəmizdə bu sahə son 6 ilədə yaranıb və vətən cərrahları tərəfindən çox tədqirə layiq şəkildə irəli aparılır və dərnəyimizn bu işdə çox böyük rolu var, həmçinin bu kursdada da şxəsən mənim kurs rəhbıri olaraq dəvət olunmam bizə onu deməyə imkan veiri ki, biz artıq Dünya standratlarına uyğun əməliyyatlar aparırıq eyni zamadna bizi Dünya cərrahiyyəsi qəbul edir.
Düşünürük ki, önünümzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahəni Ölkəmizdə daha da irəli getməsinə nail olacağıq. Həmçinin Beynəlxalq Aləmdədə ölkəmizi bu sahədə daha uğurla təmsil edəcəyimizə inanırıq”
Sonda Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov Bu şəraitin yatadılmasında və şəxsən bizə verdiyi önəmə görə başda TOSS (Turkish Obesity Surgery Society) sədri dəyərli professor Mustafa Taşkın olmaqla bütün təşkilati heyətə təşəkkürünü bildiridi. Öz təəsüratların bölüşən dərnək sədri Kongresin işini çox yüksək qiymətləndirərək gələcəkdə belə Beynəlxalq tədbirlərin Ölkəmizdədə olacağına əmindir.