Piylənmə cərrahiyyəsindən sonra hamiləlik
Piylənmə cərrahiyyəsindən sonra hamiləlik təhlükəsizliyi haqda bir çox suallar vardər. Amma araşdırmalar onu göstərirki əksinə piylənmə cərrahiyyəsindən sonra hamiləlik piylənmə vaxtı olan hamiləliyə görə daha təhlükəsizdir.Morbid piylənməsi olan qadınlarda adətən sonuzluq (infertilitə) problemi olur.Əgər hamilə qalınırsada bu yüksək riskli bir hamiləlik olur. Morbid piylənməsi olan hamilələrdə hamiləlik diabeti,yüksək təzyik, preeklampsiya və fetal ölüm daha çox rast gəlinir.Və keysəriyyə kəsiyi əməliyyatına daha çox ehtiyac olur. Piylənmə cərrahiyyəsi keçirən xəstələrin əksəriyyəti tez hamilə qalmaq arzusunda olurlar.Ancaq xüsusilə sürətli kilo itkisinin davam etdiyi ilk 12-18 ay gözləmək lazımdır.Bu zaman qidalanma ehtiyaclarının qarşılanması çətin ola bilər.Bir tərəfdən də hamiləliyə xüsusi qidalanma ehtiyacı vəziyyəti çətinləşdirə bilər.Bundan əlavə belə sürətli kilo itkisi inkişafda olan fetusa mənfi təsir göstərə bilər. Mədə bandı kimi əməliyyatda daha mərhələli şəkildə kilo itkisi olur və qidalanma çatışmazlığı az müşahidə olunur. Ona görədə mədə bandı əməliyyatından sonra 6 ay gözləmək kifayətdir. Bir çox bariatrik cərrahlar gözləmə müddətində təhlükəsiz bir hamiləlikdən qorunma üsulu istifadə etməyi təklif edirlər. Çünki piylənməsi olan zaman hamilə qalmaqda çətinlik çəkənlərdə əməliyyatdan sonra hamilə qalma şansı artır. Piylənmə zamanı olan sonsuzluq problemi hormonal problem həll olunduqdan sonra aradan qalxır.Ona görədə ehtiyatlı olmaq lazımdır!