Post operativ dövrdə protein tozu
Mədə kiçiltmə əməliyyatından sonra ilk aylarda zülal alışında çətinlik ola bilir. Buna görə alternativ bir qaynaq olaraq zülal tozları istifadə edilir.
Mədə kiçiltmə əməliyyatı sonrasında ilk dövrlərdə xüsusi bir qidalanma forması tətbiq olunması lazımdır. Bu dövrdə qatı qidalar qəbul olunmur, ət kimi əhəmiyyətli zülal qaynaqlarından bədən məhrum qalır. Ancaq zülal çatışmazlığı ciddi bir vəziyyət. Bu vəziyyətin yaşanmaması üçün bu dövrdə zülal ehtiyacını aradan qaldırmaq məqsədilə protein tozu istifadə edilə bilər. Protein tozu istifadəsi həm zülal ehtiyacınızı qarşılamağa kömək edir, həm də mədənizə narahatlıq vermir. Berrak maye dövrünü sovuşdurduqdan sonra zülal tozunu istifadə etməyə başlaya bilərsiniz. Ət yeyə biləcətininz vəziyyətə gəldiyinizdə isə dayandıra bilərsiniz. Çünki ət yeməyə başladığınızda onsuz da ətdən alacağınız zülal sizin ehtiyacınızı qarşılayacaq. Bu dövrdə zülal tozunu istifadəyə davam etmənizə ehtiyac yoxdur.
Zülal tozu istifadəsi ilə əlaqədar mütləq həkiminizdən də məlumat alın. Çünki istifadə etməniz lazım olan müddəti və dozası ən yaxşı öz həkiminiz təyin edəcək!