Qazaxıstan Respublikasının Paytaxtı Astana şəhərində 1-ci Beynəlxalq Qazaxıstan Bariatrik-Metablik Cərrahlar dərnəyinin Kongresi baş tutmuşdur
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov iyul ayının 3-4-5 tarixlərində Qazaxıstan Respublikasının Paytaxtı Astana şəhərində 1-ci Beynəlxalq Qazaxıstan Bariatrik-Metablik Cərrahlar dərnəyinin Kongersində iştirak və çixiş etmişdir.
“DÜNYANIN 14 dövlətindən gələn çixişçıların arasında, Astana tibb Universitetinin və “Qazaxıstan Bariatrik-Metabolik Cərrahlar dərnəyinin “ rəsmi olaraq dəvəti ilə kongresdə çıxış edən dərnək sədri bu tədbirin Orta Asiya dövlətlərində birinci dəfə keçirilməsinin effektivliyindən və bu dövlətlərdə Bariatrik-Metabolik cərrahiyyənində inkişafına təkan olacağını düşünür.
“Biz milli dərnək olaraq bu konfransda Dünya şöhrətli Professorların işləri, həmçinin Bariatrik-Metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq və eyni zamanda öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq.Düşünürük ki, önünümüzdəki Beynəlxalq tədbirlərdədə Bariatrik-Metabolik Cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahəni Ölkəmizdə daha da irəli getməsinə nail olacağıq. Bu sahədə Mədənin Boylama Rezeksiyasının (Sleeve gastrectomy) nəticələrinin daha da yaxşılaşdırılması ilə əlaqəli olaraq son 5 ildə gördüyümüz işlərin nəticəsindən bəhs edən çixişimiz dinləyicilər tərəfindən maraq doğurdu. Çünki, bilirik ki, Bariatrik-Metabolik Cərrahiyyə bir əməliyyat növündən ibarət deyil. Burada əgər uğurlu nəticə əldə etmək istəyiriksə pasientə individual olaraq yanaşaraq bir çox tibbi səbəblərin varlığından dolayı müxtəlif əməliyyat növləri tətbiq etməsək qənaətbəxş nəticə əldə edə bilmərik. Mədənin Boylama Rezeksiyası (Sleeve gastrectomy) əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır. Amma bu metodun da özünün müəyyən dezavantajları var. Bunları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün bu metodun modifikasiyasına həsr etdiyimiz elmi işimizin əsas məğzində duran yeniliklərdən bəhs edən çixişimiz diqqətsiz qala bilməzdi. Sevindirici Haldır ki, MDB məkanında olan Xəzəryanı dövlətərdə, Qafqazda və Orta Asiya dövlətlərində Azərbaycan Bariatrik-Meatbolik Cərrahlar Dərnəyi artıq 5 ildir ki, fəaliyyət göstərir və adı çəkilən bu dövlətlər arasında ilk dəfə bizim Respublikamızda bu iş başlayıb.Bunun Bariz nümünəsidir ki, bu il biz artıq Respublikamzıda 4- cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin Kongresini keçirdik. Bu möhtəşəm Kongresi də Azərbaycan Bariatrik-Metabolik cərrahiyyəsini təmsil edərək başa vurduq. ” Öz təəsüratların bölüşən dərnək sədri Kongresin işini çox yüksək qiymətləndirdi.
Eyni zamanda bu kongresdə Dənəyin sədri, ATU I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d. T.Ömərov Qazaxıstan Bariatrik-Metabolik cərrahlar Dərnəyinin Fəxri Üzvü seçilib.