skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

“Şəkərli diabetlə yaranan rsiklər” mövzusunda seminar keçirilib

“Şəkərli Diabetlə Yaranan Rsiklər” Mövzusunda Seminar Keçirilib
Bu gün daha bir maraqlı tədbirdə – 2 ci tip şəkərli diabtin cərrahi müalicəsindən danışdıq. Sözsüz ki, aşırı Piylənmə dən əziyyət çəkən pasiyentlərdə apardığımız Bariatrik-Metabolik cərrahiyyənin effektləri dən.
Bütün təşkilat komandasına Yazgul Abdiyeva XANIMA, Kardiologiya İnstitunun direktoru Gülnaz XANIMA, dostumuz Müşviq Cəlal Oğlu Həsənli dr a təşəkkür edirəm.
“Şəkərli diabetlə yaranan rsiklər mövzusunda seminar keçirilib
Sentyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşəbbüsü ilə Akad. C.Abdullayev adına ET kardiologiya institutunda “Şəkərli diabetlə yaranan rsiklər” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova açıq elan edib.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva ictimai birliyin fəaliyyətindən və son illər dünyada, eləcə də ölkəmizdə diabetlə bağlı patologiyaların vaxtında aşkarlanıb müalicə edilməli olduğunu və digər xəstəliklərlə bağlı maariflənmənin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Bariatik və Metobolik Cərrahlar İB-nin sədri, T.ü.f.d. Taryel Ömərov, “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri t.e.d. Müşviq Həsənov, Akad. C.Abdullayev adına ET kardiologiya institutundan edokrinoloq Yaqubova Fəridə və kardioloq Bağırov Mahir mövzu ilə bağlı ətraflı çıxış etdilər. Çıxışlar zamanı həmçinin xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən diaqnozlarının aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb.
Seminar çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yardımı ilə hazırlanmış “Şəkərli diabetdən qorxma, ona yanlış yanaşmadan qorx” adlı video çarx nümayiş etdirilib.
Təklif və suallar səsləndirilib.
Back To Top