skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi.

Ümumdünya Piylənmə Ilə Mübarizə Gününə Həsr Olunmuş Beynəlxalq Elmi Konfrans Keçirildi.

Bakıda 5 mart 2022-ci il tarixdə Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi. Konfrans Səhiyyə Nazirliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) və Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının birgə əməkdaşlığı ilə baş tutdu.
Konfransı giriş sözü ilə açan ANDOP-un nümayəndəsi Emil Hidayətli piylənmənin hazırda dünyada geniş yayıldığını və inkişaf etmiş ölkələrin əksəriyyətində yetişkin insanların 15-25 faizinin piylənmədən əziyyət çəkdiyini bildirdi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edərək, son dövrlər uşaq və yeniyetmələr arasında da piylənmədə artım müşahidə olunduğunu nəzərə çatdırdı. ANDOP-un təsisçisi Sevinc Zaman, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Əsmər Kərimli, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Tural Qulu və Elturan İsmayılov, Bariatrik Metabolik Cərrah Dərnəyinin sədri Tariyel Ömərov və digər təmsilçilərin çıxışlarında vurğulandı ki, piylənmə artıq qlobal səviyyədə epidemiyaya çevrilib və təhlükəli faktlar dünyanın elm və səhiyyə ictimaiyyətini bu problemi həll etmək üçün birləşməyə vadar edir.
Taryel Ömərov xüsusi olaraq Piylənmənin konservativ müalicəsinin yetərsiz olduğu hallarda Bariatrik Metabolik cərrahiyyənin effektlerindən danışaraq ölkəmizdə bu sahədə son 9 ildə geniş işlərin görüldüyü xüsusi olaraq qeyd etdi. Bariatrik-Metabolik cərrahlar dərnəyinin digər üzvləri Elgün Səmədov, Fərid Quliyev və Nigar Allahverdiyeva da həmçinin cərrahi müalicənin effektlərindən bəhs etdi.
Piylənmə problemi hazırda bütün dünyada kifayət qədər ciddi bir problemdir. Piylənməni 21-ci əsrin epidemiyası adlandırırlar və bir çox xəstəliklərlə müşayiət olunduğu üçün təhlükəlidir. Məhz bu faktlar dünyanın bütün elm ictimaiyyətini bu problemi həll etmək üçün birləşməyə vadar edir.
ÜST etiraf edir ki, piylənmə artıq qlobal səviyyədə epidemiyaya çevrilib.
ANDOP un hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq elmi konfrans çərçivəsində qlobal piylənmə probleminin müxtəlif aspektlərinə toxunuldu: piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyə, uşaqlarda piylənmə, piylənmənin farmakoterapiyası, pasientlərin uzunmüddətli nəzarəti, piylənmə ilə mübarizə üzrə xüsusiləşdirilmiş mərkəzlərin yaradılması və s.
Tədbir bu sahədə çalışan müxtəlif ixtisaslı həkimləri – terapevtlər, kardioloqlar, endokrinoloqlar, diyetoloqlar, nutrisioloqlar və təşkilatları bir araya gəlməldirlər.
Qeyd edək ki, bu istiqamətdə ölkəmizdə artıq ənənəvi olaraq keçirilən elmi konfrans çərçivəsində qlobal piylənmə probleminin müxtəlif aspektlərinə toxunuldu, piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyə, uşaqlarda piylənmə, piylənmənin farmakoterapiyası, pasiyentlərin uzunmüddətli nəzarəti, piylənmə ilə mübarizə üzrə xüsusiləşdirilmiş mərkəzlərin yaradılması və s. məsələlərdən danışıldı.
Qeyd edək ki, bu, davamlı tibbi təhsil üzrə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir. Tədbir həmçinin, Beynəlxalq Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Federasiyası (IFSO) tərəfindən təsdiq olunub.

Back To Top