skip to Main Content
Ünvan:  Modern Hospital, Bakı ş. Babək pr. 85K

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “6-cı Beynəlxalq 2-ci Xəzər dənizi ətrafı Dövlətlərin, 4-cü türk dilli xalqların BARİATRİK CƏRRAHİYYƏ və METABOLİK XƏSTƏLİKLƏR kongresi. Oxford universitetinin nəzdində olan “52-ci İnternational Bariatric Club symposium”

“Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 100-cü Ildönümünə Həsr Olunmuş “6-cı Beynəlxalq 2-ci Xəzər Dənizi ətrafı Dövlətlərin, 4-cü Türk Dilli Xalqların BARİATRİK CƏRRAHİYYƏ Və METABOLİK XƏSTƏLİKLƏR Kongresi. Oxford Universitetinin Nəzdində Olan “52-ci İnternational Bariatric Club Symposium”

Bildiyiniz kimi Azərbaycan Bariatrik-Metabolik cərrahlar dərnəyi artıq ölkəmizdə 10 ildir ki, fəaliyyət göstərir və bu fəaliyyətin qısa xronologiyası əlavədə verilib.

Çox əhəmiyyətli məqamlardan biri isə    İFSO – International Federation for the Surgery of Obesity and Metabolic Disorders    beynəlxalq assosiasiyasının Avropada keçrilməsi nəzərdə tutulan konfransının ölkəmizə verilməsidir.  67 Dövlətdə 6 Bölümlə (Chapter) təmsil olunan bu nəhəng qurumun belə bir mötəbər tədbirinin ölkəmizdə keçrilməsi elm və səhiyyə turizmində çox önəmlidir, həmçinin ölkəmizin bu sahədə də çox sürətli inkişafının dünya tibbinə çatdırılmasında böyük faydası olacaqdır.

  Xüsusilə qeyd etmək istərdim ki, ölkəmiz ilk dəfə olaraq Oxford Universitetinin nəzdində qurulmuş İBC (İnternational Bariatric Club) dərnəyinin kongresinə ev sahibliyi edəcək. Bu tədbirin önəmi haqda onu demək olar ki, İBC dünyanın 100- ə yaxın dövlətində təmsil olunur professor və bu sahə üzrə mütəxssislərədən ibarət 27000 üzvü var. Bu isə o deməkdir ki, bu tədbir ölkəmizdə keçiridliyi zaman bütün bu dövlətlərin səhiyyə qurumları və öndə gedən tibb professorları bu bardə məlumatlanacaqdır.

Diqqətinizə çatdırmaq istərdim ki, hər iki konfrans Qafqaz ölkələri arasında və eyni zamanda Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq Ölkəmizdə keçirləcəkdir.

Konqress İFSO-International Federation for the Surgery of Obesity and Metabolic Disorder tərəfindən rəsmi olaraq tanınır və təsdiq olunaraq akreditasiya olunur ( https://ifso.com/ifso-endorsed-meetings/ ).

Xüsusi önəmli mıqamlardan biri isə İFSO, İBC və EASO beynəlxaql assosiasiyaların prezidentlərinin bu tədbirin elmi panelində yer alması və işitrakıdır.

Konqress hər il olduğu kimi Dünyanım ən aktual problemlərindən olan və günümüzdə daha çox gənclərə təhlükə yaradan PİYLƏNMƏ xəstəliyinin qarşısının alınması və müalicə yollarından bəhs edəcəkdir. Konqresin proqramı və digər proseslər demək olar ki, önümüzdəki 1 ay ərzində yekun olaraq bitəcək. Bu konqresdə cərrahiyyənin ən ağır, həmçinin riskli sahələrindən olan  Barirtik-Metabolik cərrahiyyə yeniliklərindən əlavə olaraq bu sahənin ən aktual məsələlərini özündə birləşdirən aşağıdakı panellər planlanılır:

  1. Bariatrik-Metabolik cərrahiyyə
  2. Anesteziologiya-reanimatologiya
  3. Endokrinologiya
  4. Dietologiya
  5. Qastroenterologiya o cümlədən endoskopiya
  6. Kardiologiya
  7. Invaziv Qasroenterologiya

Tibbi bu sahələrində çalışan mütəxəssiləri üçün bilavasitə, digər həkim qurupları üçün  və təbabətin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş konqresdə çıxışçı  qismində;

Universitetlər

  1. Azərbaycan Tibb Universiteti cərrahi xəstəliklər kaferalarının əməkdaşları,
  2. İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsi və ÇAPA tib fakultəsi.
  3. Hacattəpə Universiteti,
  4. Medipol Universitet Xəstəxanası,
  5. Beykent Universiteti,
  6. Acibadem universitet xəstəxanası,
  7. HannoverTertiary Referral Bariatrik Cərrahiyyə mərkəzi,
  8. FranakfurtKrankenhaus Sachsenhausen Bariatrik Cərrahiyyə mərkəzi
  9. ABŞ –University of Michigan Hospitals and Health Centers,
  10. ABŞ Harvard Medical University
  11. İngiltərə -Oxford University
  12. Sank-Peterburq Almazov beynəlxalq tibbi tədqiqqt mərkəzi
  13. Astana Tibb Universiteti
  14. Daşkənt Tibb Akademiyası
  15. Hindistan Mumbai

          Beynəlxalq Dərnəklər:

  1. İFSO-International Federation for the Surgery of Obesity and Metabolic Disorders 
  2. İBC İnternational Bariatric Club
  3. EASO-European Associationfor the Study of Obesity.
  4. Türkiyə
    • TOSS-Turkish Obesity Sugery Society ,
    • Türk Endokrin Dərnəyi
    • TARA-Turkish Anesthesiology and Reanimation Association,
    • TASO-Turkish Association for the Study of Obesity,
    • MBSDA- Metabolic and Bariatric Surgical Dietetics Association ;
    • Turkish Metabolic Surgery Association and Turkish Metabolic Surgery Foundation
    • KEPANKlinik Enteral Parenteral Nütrisyon Derneği
  1. Rusiya- SBR – Society of Bariatric surgeons of Russia.
  2. Qazaxıstan SBMSK – Society of Bariatric and Metabolic Surgeons of Kazakhstan;
  3. Birləşmiş Ərəb Əmirikləri  PASMBS– Pan Arab Society of Metabolic & Bariatric Surgery
  4. IFSOMENAC – IFSO Middle East North Africa Chapter
  5. Özbəkistan Bariarik Cərrahlar dərnəyi

 

Dünyanın müxtəlif Universitet klinikalarında çalışan  50-dən çox tanınmış professorlar iştirak edəcəkdir. Tədbirin gedişində müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərlərlə iştirakçılar arasında maraqlı mühazirələr, bilik mübadiləsi ilə paralel yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcəkdir. Tədbirin gündəliyində 2-ci  dəfə olaraq  Bu sahədə yerli tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında ən müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə Baraitrik cərrahi vərdişlər kursu təşkil olunaraq bu sahəyə marağı olanlara sertifikatlar veriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunması və o cümlədəən Avropa CME əldə edilməsi planlanılır.

Buna əsasən deyə bilərik ki, 2023 cü ilin  26-27 may  tarixlərinə  təsadüf edəcək bu kongresdə ölkəmizdə bu sahədə təmsil olunan dərnəkləri (Endokrinologiya, Dietelogiya və qidalanma, anesteziologiya-reanimatologiya, kardilogiya, qatsroenterologiya)əksəriyyəti ixtisaslar üzrə uyğun olduqları panellərin idarəçisi olaraq təmsil olunacaqlar. Tədbirdə 500-dən artıq sayda bu sahənin marağinda olan gənc həkimlərin iştirakı nəzərdə tutulur (2018 –ci ildə kongresimizdə 387,  2019-cu ildə isə bu rəqəm 1247 rəsmi olaraq qeydiyyatdan keçən həkim sayı olmuşdur). Əlavə olaraq 2-ci  dəfə bu tədbirin gündəliyində olan elmi abstraklar və proqram SCOPUS indeksinə daxil olan çox önəmli bir beynəlxalq jurnalların birində ( 2019 –cu ildə LESS (laparsokopik ednsokopik surgery science )) o cümlədən milli jurnallarda dərc edilələcək.

 Əgər belə bir beynəlxalq statusa malik tədbirdə  bizə kongresin daha da mükəmməl səviyyədə keçirilməsi üçün dəstək verməyi düşünürsünüzsə bu bizim üçün çox önəmli bir addım olardı. Nəzərinizə çatdırmaq istərdim ki, kongresin bu il ki, materiallarıda İFSO tərəfindən akreditasiya olunacaqdır. Təklif və tövsiyyələriniz bizim üçün önəmlidir.

Hörmətlərlə,

Kongresin Təşkilat Komitəsinin sədri:   t.ü.f.d., Ömərov Taryel.

 

Qeydiyyat

Proqram

Back To Top